Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro BMT-dən yarım milyard dollar istəyir

Venesuela hökuməti başqa ölkələrdəki vətəndaşlarının repatriasiyası üçün BMT-dən yarım milyard dollar məbləğində maliyyə yardımı istəyəcək

Bu barədə Venesuela prezidenti Nikolas Maduro dövlət televiziyasının efirində bəyan edib.

“Mən Venesuelanı tərk edərək başqa ölkələrə gedən, lakin indi qayıtmaq istəyən bütün miqrantları “Vətənə qayıdış” proqramı çərçivəsində geri qaytarmaq üçün BMT-dən 500 milyon dollar istəyəcəyəm. BMT-dən xahiş edəcəyəm ki, təyyarə xərclərinin ödənilməsi üçün 500 milyon dollar yardım ayırsın”, – deyə Maduro bildirib.

Onun sözlərinə görə, hazırda 5 min venesuelalı ölkəyə geri dönmək üçün Peruda qeydiyyata alınıb və onların qaytarılması üçün “təyyarə donanması” lazımdır.

Qeyd edək ki, sentyabrın əvvəlində Maduro ölkədən qaçanların könüllü şəkildə geri dönmələrinin təmin edilməsi üçün “hava körpüsü”nün yaradılacağını bəyan edib. İndiyədək hələ ki cəmi 3 min nəfərin repatriasiyası həyata keçirilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın mayın əvvəlində təqdim etdiyi hesabata əsasən, 2015-2017-ci illərdə maliyyə-iqtisadi çətinlikləri üzündən Venesueladan olan miqrantların sayı 10 dəfədən çox artıb. BMT-nin statistikasına görə isə, hazırda dünyanın müxtəlif ölkələrində Venesueladan olan 2,3 milyon miqrant var. Onların bir milyona yaxını Kolumbiyada yerləşib. (azvision.az)

pia.az


Etiket: Maduro BMT Venesuela

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar