Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuxu iflici haqqında 10 fakt

Siz bir dəfə də olsun reallıqla yuxu arasında qalmısınız?

Yuxudan oyanmısınız lakin bədəninizi tərpədə bilməmisiniz. Əgər bu cür halla qarşılaşmısınızsa deməli siz yuxu iflici keçirtmiş insanlar siyahısına daxilsiniz. Bu xoşagəlməz hadisə bir başa yuxu ilə bağlıdır. Əsasən bu hadisə ilə narkolepsiyadan əziyyət çəkən adamlar rastlaşır. Lakin çox vaxt tamamilə sağlam insanlar da sözügedən hadisə ilə qarşılaşırlar. Məhz yuxu iflici əsasında bir çox əfsanələr yaranmışdır. Məsələn insanın sinəsinə oturaraq ona nəfəs almağa imkan verməyən qəribə məxluqlar və damdabacalar.

Yuxu iflici elə-belə bir söz deyil. Bu hadisə zamanı insan şüuru yerində qalır. Lakin onun bədəni tərpənməz halda olur. Məsələ burasındadır ki, bu zaman orqanizm sürətli yuxu mərhələsində olur və istənilən bədən hərəkətini dayandırır. Bu hal bir neçə saniyədən bir neçə dəqiqəyə kimi sürə bilər.

Özünü ölmüş hiss etmək yuxu iflici hadisəsinin məşhur əlamətlərindən biridir. İnsan özünü ölü bədəndə qalmış şüur kimi hiss edir. Yaranmış panika nəticəsində isə heç cürə yuxudan ayıla bilmir.

Sonuncu araşdırmalara görə yuxu iflicinin iki növü var. Təcrid olunmuş yuxu iflici və geri təcrid olunmuş yuxu iflici. Birinci növ insanların bütün həyatları boyu sadəcə bir neçə dəfə baş verdiyi halda ikinci növ ayda 1-2 dəfə baş verir.

Geri təcrid olunmuş yuxu iflici insanlara mütamadi olaraq əziyyət verməkdən əlavə olaraq həmdə intensivdir. Geri təcrid olunmuş yuxu iflicinin yaratdığı hislər 10 dəqiqədən çox çəkə bilər. Bu zaman insan öz bədənini tərk etdiyini hiss edir.

Yuxu iflici zamanı insanın gözünə görünən qəribə və sirli məxluqlar məşhur hallardan biridir. Qarabasmalar o dərəcədə aydın görünə bilər ki, bu bütün hissiyat orqanlarına təsir edə bilər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İlk müşahidə olunmuş yuxu iflici halları eramızdan əvvəl 10-cu əsrdə Fars tibbi əlyazmalarında əks olunmuşdur. Bu hal ilk dəfə rəsmi şəkildə holland həkimi tərəfindən 1664-cü ildə müşahidə olunmuşdur. O zaman həkim xəstəni bunun sadəcə qorxulu yuxu olduğuna inandıra bilmişdir.

Yuxu iflici zamanı gözə görünən qarabasmalar ilk öncə onları görən insanlara zərər yetirməyə çalışırlar. Məsələn bu insanı boğma cəhdi ola bilər. Bir çox skeptiklərin fikrincə mistik və ya dini hadisələr yuxu iflicinin xüsusi təzahürləridir.

Rəssam Henry Fuseli-nin "The Nightmare " adlı rəsm kolleksiyası məhz yuxu iflici əsasında ilhamlanaraq ərsəyə gəlmişdir. Yatmış qadının sinəsində oturmuş qəribə məxluq yuxu iflicinin bir təzahürüdür.

ABŞ-ın beynəlxalq tibbi kitabxanası 2005-ci ildə yuxu iflici üzrə mütəxəssisləşmiş müşahidələr aparırdı. Müşahidələr zamanı məlum oldu ki, yuxu iflici keçirtmiş insanlar çox zaman özlərini yadplanetlilər tərəfindən qaçırıldığını və qəribə otaqda oyandıqlarını zənn edirdilər.

Yuxu iflici zamanı müxtəlif mifik qarabasmalardan başqa həmdə qeyri-adi seksual həzz halları da baş verir. Keçən əsrin ortalarında alimlər düşünürdülər ki, yuxu iflicinə libido (ehtiras, nəfs, istək) durğunluğu gətirib çıxardır. Lakin sonradan alimlər bu fikirdən daşındılar. (technote.az)

pia.az


Etiket: Yuxu iflici

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar