Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentina səfiri “Mədəniyyət Elçisi” oldu

Argentinanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva Tərcümə Mərkəzində olub

Səfir Mərkəzlə Argentina səfirliyinin birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi layihələrdən söz açıb, görülən işlərin dünya mədəniyyətlərinin yaxınlaşmasında, ölkələr və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib:

“Son 3 ildə Azərbaycan Tərcümə Mərkəzi ilə səfirliyimizin ərsəyə gətirdiyi birgə layihələr ölkələrimiz və xalqlarımız arasında qırılmaz körpülər yaradıb. Argentina yazıçıları Adolfo Bio Kasaresin “Morelin ixtirası”, Mariya Elena Valşın “Dailan Kifki” kitablarının Azərbaycan dilində uğurlu nəşri və təqdimat mərasimləri həyata keçirilib. Məşhur Argentina yazıçısı Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərinin tərcüməsi və nəşri üzrə yekun işləri başa çatmaqdadır. Düşünürəm, Mərkəzlə səfirliyimiz arasında qurulan bu sıx əməkdaşlıq hələ çox fayda verəcək”.

Sonra Azərbaycanda səfirlik missiyasının yaxın günlərdə başa çatacağını bildirən Səfir Mərkəzlə əməkdaşlıqdan duyduğu xoş təəssüratını çatdırıb: “Səfir olduğum bu 5 il ərzində Mərkəz tərəfindən göstərilən münasibət, məndə dərin doğmalıq hissi yaradıb. Azərbaycandan, sanki öz evimi tərk edən tək gedirəm”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Mərkəzlə birgə təməli qoyulacaq növbəti layihədən – Argentina milli rəqsi olan tanqonun tarixindən bəhs edən “El Tango una danza” (“Tanqo – bir rəqs”) kitabının Azərbaycan dilinə tərcüməsi və nəşrindən də söz açılıb. Adıçəkilən kitabın, Azərbaycan oxucusuna, tanqonun tarixi ilə yaxından tanış olmaq imkanı yaradacağına və geniş oxucu kütləsinin marağına səbəb olacağına əminlik bildirilib.

Görüşün sonunda Argentina-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Karlos Dante Rivaya Mərkəzin təsis etdiyi “Mədəniyyət Elçisi” fəxri diplomu təqdim olunub. (AzNews.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar