Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın “terror dövləti” planı: Fəratın quldurları

Türkiyə, İdlibdəki böhrana köklənirkən ABŞ, Fəratın şərqində addım addım terror dövləti qurur

PYD/PKK-lı terrorçulara növbəti dəfə 250 TIR dolu daha ağır silah gətirən ABŞ, təşkilatı "terrorizm hesabatı"ndan da çıxarıb. Bu son həmlə Vaşinqtonun Suriyanı parçalamaq məqsədini qətiləşdiridiyi mənasına gəlir.

ABŞ Xarici İşlər Nazirliyinin hər il təqdim etdiyi “Terrçu ölkələr” hesabatında, ötən ildən fərqli olaraq PYD/YPG terror təşkilatını hesabatdan çıxarması, diqqətləri bir daha Suriyada Fəratın şərqindəki terror dövləti qurulmasına yönəldib. Hesabatda Türkiyənin terror təşkilatı kimi tanıdığı və PKK-nın Suriya qolu kimi gördüyü PYD/YPG yer almayıb. Hesabatın keçən ilki hissəsində YPG-dən "Türkiyə həmçinin Suriya mərkəzli Demokratik Birlik Partiyasını (PYD) və partiyanın silahlı qanadı YPG-ni, PKK ilə yaxın əlaqə içində terror təşkilatları kimi təsvir edir" - deyə bəhs edilmişdi. Vaşinqton rəhbərliyi atdığı qalmaqal addımla, Suriyanı parçalamaq arzusunu və terrora verdiyi dəstəyi ortaya qoydu. Hazırda ABŞ, keçən yay ərzində atdığı addımlarla, Fəratın şərqini Suriyadan qoparma layihəsinə təkan verib. Bölgədəki fəallıq Vaşinqton rəhbərliyinin addım addım terror dövlətinin əsasını qoyduğunu göstərir.

Silah təhcizatı

Vaşinqton rəhbərliyi son dövrdə PKK/PYD terror təşkilatına silah təhcizatını sürətləndirib. Dünən terror təşkilatının sözçüsü, ABŞ-ın 250 TIR-lıq yeni silah-sursat təhcizatı etdiyini Twitter hesabı üzərindən bəyan edib. Vaşinqton, avqust ayı ərzində də bölgəyə külli miqdarda silah-sursat təhcizatı etmişdi. Terror təşkilatına 5 min TIR-dan çox silah-sursat daşınıb indiyədək.

İşğal genişlənir

Terror təşkilatı PKK/YPG ABŞ dəstəyi ilə Fəratın şərqindəki işğalını da genişləndirir. İŞİD terror təşkilatı bəhanəsi ilə, Rakka və Deyrizorun şərqində qalan son bölgələri də terror təşkilatının mühasirəsi altına alındı. Bölgədəki neft və su qaynaqları da nəzarət altına alındı. Bu çərçivədə Əsəd rejiminin neft ticarətinə də sanksiyalar tətbiq olundu. Suriyanın 30 faizi terror təşkilatının işğalı altındadır.

Uçuşa yasaq bölgə hazırlığı

ABŞ, terror təşkilatına silah daşımağa davam edərkən bir tərəfdən də yeni bazalar yaratmağa və bu bazaları qoruyacaq raket və radar sistemlərini də regiona yerləşdirməyə davam edir. Sistemlərin İraq Sincarından Münbiçə qədər olan bölgədə uçuşa yasaq bölgə elan etmək məqsədilə yerləşdirildiyi deyilir. Radar sistemlərinin bölgəyə yerləşdirildiyi ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Sean J. Ryan tərəfindən də təsdiqlənib. Ryan, ABŞ radarlarının daha əvvəl əraziyə yerləşdirdiyini bildirsə də, ölkəsinin YPG/PKK-nın nəzarət etdiyi bölgələrə raket əleyhinə müdafiə sistemi yerləşdirib, yerləşdirmədiyinə dair məlumat verməyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Onlarca baza

Vaşinqton regionda 2015-ci ildə başladılan baza qurma fəaliyyətləri çərçivəsində Hasəkədə 2 hava bazası inşa edən ABŞ, Rakka və Münbiçdə də cəmi 8 əməliyyat hərbi məntəqəsi yaratmışdı. ABŞ, 2017-dən bu yana ümumilikdə 5 yeni baza və məntəqə qurub. Bunlardan 2-si Münbiçdə, Fərat Qalxanı müdafiə qüvvələrinə yaxın ərazidə inşa edilib. Rakkanın şimalındakı Tel Abyad rayon mərkəzinin cənub-qərbində 2 hərbi məntəqə qurulub.

Tək çatı altında terror

Fəratın şərqində terror dövləti qurma səyi nəticəsində, PKK/PYD-nin işğalı altındakı bölgədə sentyabr ayında, Şimal və Şərqi Suriya Muxtar Rəhbərliyi ABŞ dəstəyi ilə yaradılıb.


Terrorun qalası

ABŞ-lı xüsusi təhlükəsizlik və hərbi xidmətlər şirkəti Castle International-ın da, Suriyanın şimalında terror təşkilatı YPG/PKK-ya xidmət verdiyi ortaya çıxıb. Şirkətin Suriyanın şimalında terror təşkilatı YPG/PKK ilə işlədiyinə dair bir çox sənəd və foto da həm internet saytında, həm də sosial media hesablarında açıq şəkildə nümayiş olunur. Şirkət ilə YPG arasında edilən bir müqavilə ilə yanaşı, şirkət personalı olduğu anlaşılan bəzi vəzifəli şəxslərin terror təşkilatı rəmzlərini daşıyan bir çox fotosu da sosial media hesabatlarında yer alır.

Sincarda yerləşdi

“Türkmeneli” Televiziyası, terror təşkilatı PKK-nın İraqın Sincar bölgəsində fəaliyyət apardığını ortaya çıxarıb. Sincar dağında YBŞ-lilər tərəfindən asılan PKK-nın sözdə bayraq və simvolları görüntülənib. Görüntülərdə həmçinin PKK-nın lideri Öcalanın şəkillərinin YBŞ-yə aid evlərin divarlarına çəkildiyi və YBŞ-lilərin nömrəsiz maşınlarla rahat Sincarda gəzdikləri görülüb.

Xüsusi nümayəndələr təyinatı

Vaşinqton Suriyanın şimal-şərqində sözügedən muxtar quruluşun mövcudluğunu təmin etmək məqsədilə də iki yeni xüsusi nümayəndə təyin edib. Bunlardan biri İran əleyhdarı siyasətləri ilə tanınan səfir Ceyms Ceffridir. Cefri ayağının tozuyla, ABŞ-ın regionda daimi olacağını elan etdi. Roebuck isə sözdə muxtar bölgənin yenidən inşa və sabitlik əldə etməsi üçün koordinator rolunu oynayacaq. Roebuck son həftələrdə terror təşkilatı YPG terrorçuları ilə keçirdiyi görüşlər diqqət çəkir. (muxalifet.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar