Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov: “Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlib”

Heydər Əliyevin zəngin siyasi təcrübəsi, misilsiz idarəçilik məharəti və əzmkarlığı sayəsində müstəqil dövlətçiliyin məhvinə səbəb ola biləcək problemlər uğurla həll edilib

“1991-ci ildə sovet imperiyasının dağılması nəticəsində Azərbaycan yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin ilk illərində baş verən hadisələr 1918-1920-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi, erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Azərbaycan çox mürəkkəb problemlərlə qarşılaşaraq çıxılmaz vəziyyətə düşmüşdü.

Lakin bu dəfə xalqımızın xoşbəxtliyi onda oldu ki, dövlətçiliyinin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanıb dağılmasının qarşısını aldı və onu dəhşətli fəlakətlərdən xilas etdi”.

Bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

O vurğulayıb ki, Heydər Əliyevin zəngin siyasi təcrübəsi, misilsiz idarəçilik məharəti və əzmkarlığı sayəsində müstəqil dövlətçiliyin məhvinə səbəb ola biləcək problemlər uğurla həll edilib: “Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlayıb. Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dörd ay ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynayıb, müasir peşəkar parlamentin formalaşması istiqamətlərini müəyyən etməyə kömək göstərib. Ulu öndərin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun əsaslarını müəyyən etdi, yeni siyasi və hüquqi sistemin yaradılmasına yol açdı. Real hakimiyyət bölgüsü təmin olundu, dövlət hakimiyyəti sistemində Milli Məclisin yeri və rolu dəqiq təyin edildi. Parlamentin formalaşdırılmasının müasir standartlara uyğun gələn mexanizmi yaradıldı”.

O.Əsədov qeyd edib ki, demokratiya şəraitində Milli Məclisə indiyədək beş dəfə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında mühüm rol oynayıb: “Artıq 23 ilə yaxındır ki, Milli Məclis qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament ölkədə aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun, demokratikləşdirmə prosesinin, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinin möhkəm hüquqi bazasını yaratmış və təkmilləşdirib. 1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 5750-yə qədər qanun və qərar qəbul edib”.

Spikerin sözlərinə görə, ötən illər ərzində Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etmiş və zənginləşib, Milli Məclisin peşəkarlıq səviyyəsi yüksəlib.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar