Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ukraynanın Donbası güc yolu ilə qaytarmaq imkanı olmalıdır"

Prezident Pyotr Poroşenko Ali Radaya ünvanladığı bugunkü ismarışında bəyan edib ki, Donbası güc yolu ilə nəzarət altına qaytarmaq üçün Ukraynanın imkanı olmalıdır

Bu barədə xəbəri «UNİAN» yayıb.

Dövlət başçısının sözlərinə görə, Rusiya Ukraynanın beynəlxalq müttəfiqlərini inandırmağa çalışır ki, guya Kiyev Donbasın azad edilməsi üçün güc ssenarisi hazırlayır.

«Əlbəttə, bizim belə opsiyamız olmalıdır, nədən ki, hər bir ordu istənilən ssenariyə hazırdır. BMT Nizamnməsinin 51-ci maddəsinə uyğun olaraq, Ukraynanın özünü müdafiə hüququ var. Biz, bu yaxınlarda Donbasın reinteqrasiyası barədə qəbul etdiyimiz qanunla bunu vurğuladıq» – Poroşenko bəyan edib.

Bununla bərabər, prezident bildirib ki, Ukraynanın «sülh strategiyası məqsədə siyasi-diplomatik yolla» çatmaqdan ibarətdir və məhz bu variant Ukrayna üçün optimaldır və onun maraqlarına uyğun gəlir.

Bununla əlaqədar olaraq, prezident Donbasın xüsusi statusu barədə qanunun vaxtının uzadılması imkanının olduğunu da bəyan edib. Onun fikrincə, bir il əvvəl belə qanunun fəaliyyəti sayəsində «kozırı Putinin əlindən almaq» mümkün oldu.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Kreml və onun «quyruq bulayanları» növbəti dəfə Avropa cəmiyyətini inandırmağa çalışırlar ki, guya Ukrayna tərəfi qanunun fəaliyyətini uzatmağa hazır deyil. RF-nın fikrincə, guya bu, Ukraynanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək qabiliyyətində olmadığının göstəricisidir və deməli, sanksiyalar aradan qaldırılmalıdır” – deyə, Poroşenko vəziyyətə yönəlik baxışlarını şərh edib.

O, qeyd edib ki, Rusiyanın şansı olmamalıdır ki, Ukraynanı günahlandırsın və sanksiyaların zəiflədilməsinə nail olsun.

Poroşenko onu da tələb edib ki, Donbasın bütün ərazisində – Rusiya-Ukrayna sərhədi də daxil olmaqla – BMT-nin sülhməramlı missiyası yerləşdirilməlidir. (azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar