Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tereza Mey: "Qərarımızı vermişik, ikincisi olmayacaq"

Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verməklə öz seçimlərini ediblər, ikinci səsvermə olmayacaq

Böyük Britaniyanın Baş naziri Tereza Mey bu fikirləri Avropa İttifaqının Zalsburqda keçirilmiş qeyri-formal sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Baş nazir Böyük Britaniyanın hakimiyyət orqanlarının mövqeyini bir daha təkrarlayaraq bildirib ki, Brexit üzrə ikinci referendum qeyri-mümkündür.

“Biz 2019-cu ilin martında çıxacağıq (Aİ-dən) və ikinci referendum olmayacaq. İnsanlar öz seçimini edib, Baş nazir olaraq mənim vəzifəm, hökumətin və parlamentin vəzifəsi bu seçimi təmin etməkdir”, - deyə Tereza Mey Avropa Komissiyasının saytında yayımlanan çıxışında qeyd edib.

BritaniyaAvropa İttifaqı tərəflərin maraqlarına əməl olunmaqla oktyabrın sonunadək Brexit-in reallaşdırılmasına imkan verəcək üç əsas məsələni həll etməlidir: Avropa İttifaqından çıxma haqqında sazişin razılaşdırılmasını başa çatdırmaq, İrlandiya sərhədləri ilə bağlı problemi həll etmək və gələcək qarşılıqlı əlaqələrin formatını hazırlamaq.

Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək. Brexit-in şərtləri haqqında danışıqlar ötən ilin yayından bəri davam edir və hələlik ciddi irəliləyiş əldə olunmayıb (axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar