Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sadıq Sadıqov: "Tədbirin hazırlığı ilə bağlı hər şey göz qabağındadır"

"Dünya çempionatında ilk gün arxada qaldı. Bu, çox ağır bir tədbirdir"

"125 dövlətdən 800-ə yaxın idmançı ölkəmizdədir. Dünya çempionatı olimpiadaya lisenziya xalları verir. Dünyanın ən güclüləri Azərbaycana gəlib".

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Bakıda keçirilən cüdo üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.

S.Sadıqov dünya çempionatına hazırlığın yüksək səviyyədə keçdiyini bildirib: "Tədbirin hazırlığı ilə bağlı hər şey göz qabağındadır. İdmançılarımız da çalışacaqlar ki, öz sözlərini desinlər. Bu gün idmançımız Kəramət Hüseynov bürünc medalı qazana bilmədi. Mən inanıram ki, həmin idmançı olimpiadada yaxşı çıxış edəcək. Gəncləri yarışa cəlb etməliyik. Bu gün yeni nəsil idmançılar yetişdiririk. Onları yarışlara cəlb etməkdə məqsədimiz odur ki, onlar həyəcanı hiss etsinlər. Kəramətin də hansı idmançılarla qarşılaşdığını gördük. İkinci görüşündə olimpiya çempionunu məğlub etdi. Dünya çempionuna isə məğlub oldu. Bir az təcrübəsizdir. Onu Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlayacağıq. İnanıram ki, orada öz sözünü deyəcək. 73 kq çəki dərəcəsində Hidayət Heydərli və Rüstəm Orucov medallar uğrunda yarışacaq. Yaxşı nəticələr əldə edəcəyimizə inanıram".

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

"Beynəlxalq Cüdo Federasiyası yarışın Bakıda keçirilməsi üçün bizə etimad göstərib. Bizim əsas məqsədimiz yarışın yüksək səviyyədə baş tutmasıdır. Biz isə idmançılarımızdan yüksək nəticə gözləyirik. Onlar il ərzində ən yaxşı təlim-məşq toplanışlarında iştirak ediblər. Tam hazırdılar", - S.Sadıqov vurğulayıb.

Sadıq Sadıqov son olaraq azarkeşlər tərəfindən dünya çempionatına marağın çox olduğunu bildirib: "Sabah çempionatın açılış mərasimi keçiriləcək. Çempionata da maraq böyükdür. Biletlər də satışdadır. 65 min satılıb. Açılış mərasiminə, demək olar ki, bilet qalmayıb. Yarış günlərində də zalda kifayət qədər azarkeş görəcəksiniz".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar