Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: “Bu müqavilə Azərbaycanı blokadadan çıxardı”

"Əsrin müqaviləsinin imzalanması çox böyük hadisə idi və bu, asan başa gəlməmişdi"

"Bu müqavilə o şərtlər daxilində imzalandı ki, Azərbaycan hər tərəfdən blokadaya alınmışdı, hər yandan Azərbaycana təzyiqlər edilirdi. Belə bir şəraitdə Ulu öndər Heydər Əliyev bu addımı atdı və Azərbaycan əleyhdarlarını mat vəziyyətdə qoydu, Azərbaycanı blokadadan çıxarmış oldu".

Bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Bunun Azərbaycan və dünya üçün böyük hadisə olduğunu bildirən millət vəkili qeyd edib ki, əsrin müqaviləsinin önəmi kənardan daha yaxşı görünür:

“Əgər bu gün Azərbaycanın 45 milyard dollarlıq Ümum Daxili Məhsulu və buna yaxın valyuta ehtiyatı varsa, bu, əsrin müqaviləsinin bağlanmasının nəticəsidir. Nəzərə alsaq ki, Azərbaycana 280 milyard dollara yaxın investisiya qoyulub və əsrin müqaviləsinin müddəti 2050-ci ilədək uzadılıb, demək ki, bu müqavilədən böyük qazanclarımız hələ olacaq.

Bu müqavilənin hesabına Azərbaycanda logistika mərkəzləri, nəqliyyat dəhlizləri qurulub, ölkə üzrə abadlıq işləri aparılır. Bu gün Azərbaycan dünyanın 50 ən güclü ordularından birinə sahibdir. Bu da əsrin müqaviləsi hesabına olub.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İndi Azərbaycan özünün gücü və diplomatiyası hesabına uğurlar qazanır. Bu gün iqtisadi potensialı hesabına Azərbaycanı güc mərkəzi kimi qəbul edirlər. Əsrin müqaviləsi eyni zamanda bizim təhlükəsizlik kəmərimiz oldu. Bu müqaviləni imzalayan dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər, beynəlxalq hüquqa söykənərək bizim tərəfimizi saxladılar, BMT-də keçirilmiş səsvermədə bizim lehimizə səs verdilər.

Yəni əsrin müqaviləsi beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin güclənidirilməsi məsələsində ciddi rol oynadı”.

Qeyd edək ki, bu gün əsrin müqaviləsinin imzalanmasından 24 il ötür.

Bu, 1994-cü ilin sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar