Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Davudoğlu Etimad İsmayılovun cənazə namazında

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun Florya Yeni Məscidində cənazə namazı qılınıb

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə Türkiyənin sabiq prezidenti Əhməd Davudoğlu və İstanbul Polis İdarəsinin müdiri Mustafa Çalışkan və mərhumun yaxınları iştirak ediblər.

Davudoğlu E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyevaya baş sağlığı verib.

Cənazə namazının ardından İsmayılovun nəşi Bakıya göndərilmək üçün Atatürk Hava Limanına aparılıb.

Xatırladaq ki, Etimad İsmayılov İstanbuldakı ofisində Azərbaycanın sabiq polis rəisi Gözəl Dəmirovla mübahisə edib. G.Dəmirov tapança ilə E.İsmayılova 3 dəfə atəş açıb. G.Dəmirov hadisə baş verən ərazidən uzaqlaşıb. Ağır yaralanan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar