Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında

Fransada nəşr olunan “La Lettre Diplomatique” (“Diplomatik məktub”) jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub

Buraxılışda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin “İnnovativ və müasir dövlət xidmətləri beynəlxalq əməkdaşlığa töhfə verir” başlıqlı məqaləsi də dərc olunub.

Dövlət Agentliyindən verilən məlumata görə, məqalədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatların tərkib hissəsi kimi “ASAN xidmət” mərkəzlərinin yaradılması tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən xidmətlər barədə məlumat verilib. Eyni zamanda, “ASAN xidmət” təcrübəsinin bölüşülməsi məqsədilə bir sıra ölkələrlə, o cümlədən İtaliya, Fransa, Əfqanıstan, İndoneziya, Koreya, Mərakeş, Monteneqro ilə imzalanmış anlaşma memorandumlarının əhəmiyyəti qeyd olunub.

Məqalədə “ASAN xidmət”in BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görüldüyü də qeyd olunub. Həmçinin 2017-ci ildən fəaliyyətə başlayan “ASAN Viza” sistemi vasitəsilə ölkəmizə gələn turistlərin elektron vizalarla təmin edildiyi diqqətə çatdırılıb.

2017-ci il martın 14-də dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizmlərinin yaradılması sahəsində Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi ilə imzalanmış Anlaşma Memorandumunun Azərbaycan-Fransa ikitərəfli əlaqələrində yeni sahə yaratdığını bildirən müəllif “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə Fransanın bir sıra rəsmi şəxslərinin Azərbaycana səfərləri barədə məlumat verib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Vurğulanıb ki, 2015-2017-ci illərdə Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallini, Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə dövlət katibi Jan-Vənsen Plase, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyətləri “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.

Qeyd olunub ki, Dövlət Agentliyi beynəlxalq təşkilatlarla və Afrika ölkələri ilə əməkdaşlığı genişləndirir. 2017-ci il noyabrın 10-da ISESCO ilə imzalanmış Anlaşma Memorandumu yaxın gələcəkdə üzv ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqinə imkan yaradır.

Beynəlxalq əməkdaşlığı genişləndirmək məqsədilə Dövlət Agentliyi Mərakeş, Belçika, Türkiyə, Amerika, Sinqapur və digər ölkələrdə dövlət xidmətləri sahəsində keçirilən konfrans və seminarlarda fəal iştirak edib.

Fəaliyyət göstərdiyi gündən bir sıra ölkələrin, o cümlədən Misir, Sudan, Əlcəzair, Uqanda, Cibuti, Ruanda, Seneqal, Cənubi Afrika Respublikasının rəsmi şəxslərinin başçılığı ilə nümayəndə heyətləri “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycana səfər ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar