Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli Ələkbərov ikinci İsmayıllı hadisələri “yetişdirir” - Videoreportaj

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, “İmprotex” şirkətlər qrupunun qurucusu və prezidenti Füzuli Ələkbərov ilə bağlı sensasiyalı video yayılıb

Avtosfer.az saytının yaydığı videoda F.Ələkbərovun ikinci İsmayıllı hadisələrini Bakının yaxınlığında-Sahil qəsəbəsində hazırladığı iddia olunur. Bildirilir ki, xalqın yolunu kəsib, dənizə çıxışını bağlayan Ələkbərovlar vaxtilə, İsmayıllıda xalqı dövlətə qarşı üsyan həddinə çıxartdı.

Belə ki, tarixə İsmayıllı hadisələri kimi keçən olaylar 23 yanvar 2013-cü ildə başladı. Füzuli Ələkbərovun oğlu Vüqar “Hammer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döydü. Rayon sakinləri buna mane olmağa çalışsa da, Füzuli Ələkbərovun oğlu və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döyüb və Ələkbərova məxsus olan Çıraq hotelini və Hammer markalı maşını yandırdılar. Sakinlərin Çıraq hotelini yandırmalarının əsas səbəblərindən biri də həmin hotelin əslində varlı məmur övladları tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə etmələri idi. Daha sonra mitinq keçirən 3 min nəfərdən çox rayon sakini icra hakimiyyəti binasına doğru yürüş etdilər.

Yalnız sərt tədbirlər nəticəsində xalq üsyanının qarşısını almaq mümkün olub. Hadisədən bir neçə həftə sonra icra başçısı, Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Bir neçə ay sonra isə Vüqar Ələkbərovun atası Füzuli Ələkbərov da tutduğu vəzifədən uzaqlaşdırıldı.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Hazırda isə xalq Ələkbərovların əlindən Sahil qəsəbəsində cana doyub. Belə ki, F.Ələkbərov yaşadığı Sahil qəsəbəsini rəsmən iki yerə bölüb. “Primorski” də adlandırılan kiçik qəsəbə əslində Ələkbərovların Azərbaycana ikinci “İsmayıllı hədiyyəsi” olması mümkündür. Belə ki, qəsəbədə az qala hər daşın sahibi olmaqla bərabər dənizə gedən yolu “şlaqbaum”la kəsən Ələkbərovlar dənizi də rəsmən işğal ediblər. Belə ki, dənizin sahilində gəzmək istəyən insanlar gərək yüz metrə dənizə girərək, üzə-üzə sabiq nazirə məxsus “Batabat” restoranının ətrafından fırlansınlar, ya da tamamən qəsəbənin içinə doğru gedib, kilometrlərlə məsafə qət edərək, “Batabat”ın digər tərəfinə keçsinlər. Çünki nazirin restoranı Çin səddi kimi ərazini işğal edib.

Yəqin ki, dövlət Sahil qəsəbəsində insanların əsəbləri ilə oynayan, eynilə İsmayıllıda olduğu kimi sadə vətəndaşlara təhqiramiz münasibət sərgiləyən Ələkbərovların bu özbaşınalığına “dur” deyəcək və Dövlət Şəhərsalma və Arxitektura KomitəsiXəzəri “batabat”a salan “Çin səddi”ni yerlə-yeksan edəcək. Bu bütün sahillilərin arzusudur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar