Türkiyə Super Liqasının 6-cı turunda keçiriləcək "Fənərbağça" - "Beşiktaş" oyununun hakimləri müəyyənləşib
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, İstanbul derbisini Fırat Aydınus idarə edəcək. Ona Serkan Ok və Aleks Taşçıoğlu köməklik edəcək. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.
Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" görüşü sentyabrın 24-ü keçiriləcək.
pia.az