Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ronaldunun bacısı: Qardaşımı məhv etmək istəyirlər

Onlar onun göz yaşlarına görə cavab verəcəklər”

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru “Instagram” hesabında qardaşının Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Valensiya” klubuna qarşı keçirilən qoyunda qırmızı vərəqə alaraq, meydandan qovulmasına münasibət bildirib.

Oxu.Az bununla bağlı Lenta.ru-ya istinadla xəbər verib.

“Bizim futbolumuza görə utanıram. İnanıram ki, ədalət yerini tutacaq. Onlar qardaşımı məhv etmək istəyirlər. Onlar onun göz yaşlarına görə cavab verəcəklər”, - Aveyru yazıb.

Dünən “Valensiya”ya qarşı keçirilən oyunda Ronaldu qırmızı vərəqə alıb. Hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.

Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib.

Bu, 33 yaşlı futbolçunun karyerasında Çempionlar Liqası oyununda ilk qırmızı vərəqə olub. Ronaldu oktyabrın 2-də “Young Boys”a qarşı keçiriləcək növbəti oyunu buraxmalı olacaq.

Qeyd edək ki, “Yuventus” azlıqda olmasına baxmayaraq, “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar