Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Monopoliya yoxsa hərislik: Yüksək neft qiymətləri və yenə də yüksək kredit faizləri...

Millət vəkili: “Bank sistemindəki inhisarçılıq meylləri faiz dərəcələrinin çox yüksək olmasında ciddi rol oynayır”

Azərbaycan bank kreditləri üzrə faiz dərəcələrinin çox yüksək olduğu ölkələrdən biridir... Bank sektorundakı inhisarçılıqla yanaşı, xarici bankların Azərbaycanın bank sektorunda sərbəst fəaliyyət göstərməməsi bank sektorunda rəqabətin inkişafına imkan verilməməsi kredit faizlərinin yüksək olmasına təsir göstərir”.

Bu sözləri Azərbaycanda yüksək kredit faizlərinin səbələrini PİA.az-a şərh edərkən iqtisadçı ekspert, millət vəkili Əli Məsimli söyləyib.

Bildiyimiz kimi 2015-ci ildən başlayaraq neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyat gözlənilməz problemlərin altında çabalayır. Ən böyük sarsıntılar isə bank sektorunda yaşanıb və hazırda maliyyə bazarında böhran davam etməkdədəir. Qeyd edək ki, 2016-cı ildə bu problemləri və böhranı daha yumşaq fazaya gətirə bilmək üçün hökümət təcili islahatları həyata keçirmək üçün bir sıra addımlar atıldı. Təbii ki, bu addımlar olmasaydı Azərbaycan iqtisadiyyatı irimiqyaslı böhrana məruz qala bilərdi. 2017-ci ilin iqtisadi fonu isə çox mübahisəli oldu. Böhran etiraf edilməsə də, hökumətin bütün səyləri onun aradan qaldırılmasına yönəldildi. Sərt pul-kredit siyasəti nəticəsində maliyyə bazarında müəyyən sabitliyin təmin edilməsi mümkün oldu. Doğrudur, sərt pul-kredit siyasətinin qiyməti olduqca yüksək oldu - iqtisadiyyatın kreditləşməsi, demək olar ki, 25%-ə qədər və ya təxminən 4 milyard manat azaldı. Amma buna baxmayaraq nisbi valyuta bazarında sabitlik yarandı.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Cari ildə isə neft qiymətlərində ciddi artım müşahidə olunur. Neft bazarındakı qiymət artımı Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməyə başlayıb. Belə ki, neftin qiymətinin sıçrayışlı bir şəkildə artması nəticəsində ölkə iqtisadiyyatında da bir canlanma müşahidə olunur. Lakin bunu banklarla əlaqəli demək mümkün deyil. Bank sektorunda kredit faizləri yenə də ən yüksək səviyyədə qalmaqda davam edir və bu da iqtisadi inkişafa mənfi təsir göstərir. Çünki inkişafı stimullaşsdırmaq üçün iqtisadiyyatın kreditləşməsində problemlər öz həllini tapa bilmir.

Yüksək neft qiymətlərinin olduğu hazırkı şəraitdə bank sektorunda kredit faizlərinin hələ də çox yüksək olmasının səbəblərini PİA.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ilə müzakirə edib.

Əli Məsimli: “Azərbaycan bank kreditləri üzrə faizlərin ifrat dərəcədə yüksək olmasında bilavasitə və dolayısı məmur sahibkarlığından qaynaqlanan maliyyə oliqarxiyasının yeritdiyi siyasət daha çox təzir gücünə malikdir”.

Millət vəkili ilə kiçik müsahibəni oxucularımızın diqqətinə cəlb edirik:

- Əli müəllim, yüksək neft qiymətlərinin olduğu hazırkı şəraitdə bank sektorunda kredit faizlərinin hələ də çox yüksək olmasını nəylə izah etmək olar?

- Azərbaycan bank kreditləri üzrə faiz dərəcələrinin çox yüksək olduğu ölkələrdən biridir. Kreditlər üzrə faiz dərəcələrinin yüksək olması Azərbaycan cəmiyyətini hər zaman narahat edən və ciddi fəsadlara səbəb olan problemlərdən biridir. Belə ki, normal inkişaf etmiş ölkələrdə kreditlər illik 3-5 faizlə,maksimum 5-10 faizlə verildiyi halda, Azərbaycanda bu göstərici hətta 30 faizin üstündədəir. Doğrudur, Azərbaycanda da 4-8 faizlə ipoteka və sahibkarlıq üçün güzəştli kreditlər verilir. Amma həmin kreditlər ümumi kredit portfelinin çox az bir hissəsini təşkil edir. Biznes kreditləri 20 faizdən,əhalinin daha çox istifadə etdiyi istehlak kreditləri isə illik 30 faizin ətrafında və bir sıra hallarda ondan da yüksək faizlərlə verilir.

Azərbaycanda bank kreditləri üzrə faiz dərəcələrinin çox yüksək olması və hamı üçün əlçatan olmaması həm əhaliyə,həm də iqtisadiyyatımızın real sekroruna ciddi ziyan vuran, xüsusən də onun qeyri-neft sektorunun öz potensial imkanlarından xeyli aşağı səviyydə inkişaf etməsinin, kiçik və orta biznesin zəif vəziyyətdə olmasını şərtləndirən ciddi amillərdəndir.

Əli Məsimli: “Kreditlər üzrə faiz dərəcələrinin yüksək olması Azərbaycan cəmiyyətini hər zaman narahat edən və ciddi fəsadlara səbəb olan problemlərdən biridir”.

Bank kreditləri üzrə faiz dərəcələrinin yüksək olmasını müxtəlif səbəblərlə izah edirlər. Mərkəzi Bankın sədrindən başlayaraq digər bank təmsilçilərinə qədər olan kateqoriya faiz dərəcələrinin yükəsk olmasını obyektiv amillərlə əlaqələndirir və bu zaman daha çox tələb-təklif qanunu ilə, yəni kreditə tələbin təklifdən yüksək olması və kreditlər verilərkən risk dərəcəsinin yüksək olması ilə izah edirlər. Təbii ki, obyektiv amillər praktikada faiz dərəcələrinə təsir edir, həm də yalnz faiz dərəcələrini artmasına yox, enməsinə də təsir edir.

Bununla belə, fikrimizcə Azərbaycan reallıqları şəraitində obyektiv amillər faiz dərəcəsinin yüksək olmasının yalnz bir tərəfidir. Əslində Azərbaycanda bank keditlərinin faiz dərəcəsinin yüksək olmasının obyektiv və subyektiv, sistem xarakterli, eləcə də görünən və görünməyən tərəfləri vardır. Onların arasında sadaladıqlarımız məqamlar daha çiddi xarakter daşıyır:

1. Azərbaycan bank kreditləri üzrə faizlərin ifrat dərəcədə yüksək olmasında bilavasitə və dolayısı məmur sahibkarlığından qaynaqlanan maliyyə oliqarxiyasının yeritdiyi siyasət daha çox təzir gücünə malikdir. Bu konteksdə faiz siyasətinin bir növ mərkəzləşdirilmiş idarə olunması iqtisadi qanunauyğunluqlara məhəl qoymadan kreditlər üzrə faiz dərəclrinin yüksək səviyyədə saxlanılmasında aparıcı rol oynayır.

2. Həmin amillə bilavasitə bağlı bank sistemindəki inhisarçılıq meylləri də faiz dərəcələrinin çox yüksək olmasında ciddi rol oynayır.

3. Bank sektorundakı inhisarçılıqla yanaşı, xarici bankların Azərbaycanın bank sektorunda sərbəst fəaliyyət göstərməməsi bank sektorunda rəqabətin inkişafına imkan verilməməsi kredit faizlərinin yüksək olmasına təsir göstərir.

4. Kredit faizlərinin yüksək olması həm də əksər bankların qısa zaman kəsiyində yüksək gəlir əldə etmək istəyi ilə bağlıdır. Banklar verdikləri kreditlərin qısa müddətdə geri qayıtmasını istəyirlər. Bu da faiz dərəcələrinin yüksək olmasını şərtləndirən amillərdəndir.

5. Vaxtı keçmiş kreditlər də özünəməxsus şəkildə faiz dərəcələrinə təsir göstərir. Banklar qayıtmayan kreditlərin yükünü aldığı krediti vaxtında qaytaran müştərilərini çiyninə qoymaq üçün faiz dərəcələrini artırırlar. Yüksək faizlə kredit verməklə banklar bir növ qaytarılmayan kreditləri sığortalayır. Yəni ödəməyi bacarmayan müştərinin vurduğu ziyan digər ödəyəcinin yüksək faizi hesabına bağlanır.Amma bu üsul ölkə iqtisadiyyatına ciddi ziyan vurmaqla yanaşı həm də bank sisteminin özünü də perspektivlərini dumanlı vəziyyətəsalıb. Bu ilin avqustun 1-i vəziyyətinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyarda 782 milyaon manata çatıb ki,bu da həmin tarixə verilər məcmu kreditlərin 15 faizinə yaxın bir səviyyədəir. Ona görə də problemli kreditlər, xüsusən də xarici valyutada olan problemli kreditlər məsələsini həlletmək lazımdır ki, bank sistemi düşdüyü vəziyyətdən çıxsın və bu sahədə fəallıq artsın.

6. Girov və kreditin sığortası mexanixminin lazımı səviyyədə inkişaf etməməsi risk dərəcəsini artırmaqla faiz dərəcələrinin artmsına təsir edir.

7. Bankların regionlara kredit vermək həvəsinin aşağı olması, həm regionlarda kreditə əlçatanlığın mürəkkəbləşməsinə təsir edir, həm də regionlarda verilən kreditlərin faiz dərəcəsinin Bakıdakından yüksək olmasına səbəb olur.

8. Banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də Azərbaycanın maliyyə bazarının dünya maliyyə bazarı ilə əlaqələrinin zəif olması və bizim əksər banklarımızın beynəlxalq kredit reytinqinin aşağı səviyyədə olmasıdır ki, bu mənbə hesabına əlverişli şərtlərlə yetərincə kredit resursları cəlb edə bilmirlər. Kredit resurlarını dolayısı yollarla əldə edilməsi isə kredit xərcini artırdığından faiz dərəcələrinə də təsir edir.

9. Azərbaycanda bankların xeyli hissəsinin xidmət xərləri, inzibati xərclər və bir sıra hallarda isə izafi xərclərinin yüksək olması da kredit faizlərinin yüksək olmasına təsir edir.

10. İnflyasiyanın da faiz dərəcələrinə təsiri var. Amma Azərbaycan şəraitində bu amil daha çox birtərəfli xarakter daşıyır. Yəni inflyasiya yüksək olanda bank faiz dərəcələri də artır. Amma manatın devalvasiyasından əvvəl Azərbaycanda inflyasiya çox aşağı səviyyədə, məsələn 2011-ci ildə-1,1 faiz,2012-ci ildə-2,4 faiz, 2014-cü ildə-1,4 faiz olsa da,bank kreditləri üzrə faiz dərəcələri əksər banklarda inflyasiya göstəricisindən 10-15 dəfə yüksək idi. İnflyasiyanın 2016-cı ildə 12 faizdən yuxarı, 2017-ci ildə isə 13 faizə çatması bank kreditlərin də faiz dərəcələrinə təsir elədi. Bu ilin 8 ayında Azərbaycanda inflyasiya 3 faizin altındadır, ilin sonuna qədər isə birrəqəmli səviyyədə qalacağı gözlənilsə də, bu amil bank faiz dərəcələrinə nəzərəçarpan təsir etməyəcək.

Əli Məsimli: “Kredit faizlərinin yüksək olması həm də əksər bankların qısa zaman kəsiyində yüksək gəlir əldə etmək istəyi ilə bağlıdır”.

-Sizə görə iqtisadiyyatın intensiv inkişafını və verilən kreditlərin vaxtında qaytarılmasının təmin edilməsi üçün kredit faizləri hansı səviyyədə olmalıdır?

– Sadaladığımız səbəblər üzündən Azərbaycan faiz dərəcələrini yüksəkliyi ilə ifrata varılıb. Azərbaycanda banklarının qəbul etdiyi əmanətlərlə əhaliyə verdikləri kredit faizləri arasındakı fərq getdikcə artır. Belə ki, əsas banklar artıq xarici valyutada olan əmanətlərə simvolik faizlərlə dividend təklif edirlər. Manatla qəbul edilən əmantlərə görə müxtəlif faizlər təklif olunsa da,əsasın götürdükdə də əvvəlki dövrdəkindən təqribən 1,5-2 dəfə, yəni illik 7-8 faiz gəlir gətirir. Bununla belə, banklar vətəndaşdan 7-8 faizlə qəbul etdikləri manatla olan əmanətləri digər vətəndaşımıza 3-4 dəfə, xarici valyutalar üzrə isə 8-9 dəfə baha, yəni 30 faizin ətrafında,bəzən isə ondan da yüksək olan faiz dərəcəsi ilə təklif edirlər.

Biznes kreditləri üzrə də vəziyyət təqribən eynidir və o cür yüksək faizlə kredit alıb istehsal təşkil etmək və alınan kreditləri vaxtında qaytarmaq çox çətindir. Bu,həm Azərbaycan iqtisadiyytın öz potensial imkanlarına layq səviyyədə sürətli templərlə inkişafını ləngidir, həm də əhalinin banka borclu kəsiminin xeyli hissəsinin güzəranını dözülməz həddə çatmasına bais olub. Çünki banklar borclu əhalinin maaşların yarısını aldığından, bu kateqoriyadan olan əhalinin hər ay yaşayış minimumundan da az-100-150 manatla yaşamağa məhkum vəziyyətə düşürlər.

##relatedPostMilli##

Azərbaycanın mövcud bank sistemi maliyyə oliqarxik mahiyyət daşıdığından, həmin münasibətlərə tabe vəziyyətdə olduğundan və inhisarlaşma getdiyindən, burda qısa vaxt kəsiyində normal ölkələrdə olduğu kimi bank faiz dərəcələrini 5-10 faiz səviyyəsinə saldırmaq və sonra isə bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, verilən bütün kreditlərdə faiz dərəcələrinin 3-5 faiz olmasına şərait yoxdur.Yaxın perspektivdə olsa-olsa ipoteka kreditləri sahəsində müəyyən faiz enmələri ola bilər. Fikrimizcə Azərbaycan reallıqları şəraitində prioritet sahələri üzrə optimal vaxt kəsiyində bank faziz dərəclərinin nəzərəçarpan dərəcədə aşağı salınmasının optimal yolu maliyyə bank sistemində köklü islahatlardan keçir. Həmin islahatlar zamanı mövcud bank sisteminin sağlamlaşdırılması, iriləşdirilməsi,bank sisteminə xarici kapialın cəlb edilməsinin effektiv üsullarının tətbiqi və sair bu kimi məlum variantlarla yanaşı həm də bank sektorunda ALTERNATİVin yaradılması üsulundan istidadə edilməsi məqsədəuyğun olar.

Neft Fondunun vəsaitinin 2-3 faizini cəlb etməklə vədigər real mənbələr hesabına mövcuq maliyyə manupulyasıyaları və maxinasiyalarından uzaq iki güclü bank- İnnovativ İnkişaf Bankı və Aqrar-Sənaye Bankı yaradıb, aşağı faizlərlə kredit verməklə və bu əsasda mövcud bank sisitemini də rəqabətə tab gətirməkdən ötrü faiz dərəcələrini soyğuncu səviyyədən aşağı endirılmasınə nail olmaq olar. Özəlləşdirildikdən sonra Beynəlxalq Bankı da bu sistemə cəlb edib,həmin “sivil üçlük” yaratmaq və onun vasitəsilə ölkəmizin bank sisteminə həm yeni abı-hava vermək,həm reytiqlərinin qaldırıb əlverişli şərtlərlə aşağı faizli beynəlxalq maliyyə resuslarına çıxışı təmin etmək,həm də Azərbaycanda faiz dərəcələrini tədricən əhəmiyyətli dərəcədə aşağı salmaq olar.

Əli Məsimli: “Azərbaycanda banklarının qəbul etdiyi əmanətlərlə əhaliyə verdikləri kredit faizləri arasındakı fərq getdikcə artır”.

- Hazırda Mərkəzi Bankın manatın uçot dərəcəsini aşağı endirmək üçün münbit şərait görürsünüzmü, yoxsa manatın uçot dərəcəsinin aşağı endirilməsi maliyyə bazarında problemlər yarada bilər?

-Beynəlxalq təcrübədəmn məlumdur ki, Mərkəzi Bankın uçot faiz dərəcəsi aşağı düşəndə kommersiya banklarınn faiz dərəcələri də aşağı düşür və uçot dərəcəsi artanda, əksinə proses baş verir və faiz dərəcələri yüksəlir. Amma Azərbaycanda Mərkəzi Bankın uçot faiz dərəcəsinin qalxması daha çox psixoloji amil kimi bir qayda olaraq kommersiya banklarının faiz dərəcələrinin də qalxması ilə müşayiət olunsa da, uçot dərəcəsi aşağı salınanda,bu kommersiya banklarında faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxarmır. Belə ki, 2009-2018-cı ilin fevralına qədər Mərkəzi Bankın uçot faiz dərəcəsi 3-7 faiz ətrafında olsa da kreditlərin çox hissəsi həmin səviyyədən 4-10 dəfə yüksək faizlərlə verilib.

2016-cı ilin sentyabrında uçot faiz dərəcəsi 15 faizə qaldırılıb və indi tədricən endirilərək 10 faiz səviyyəsindədədir. Amma bu dinamikanın kommersiya banklarının verdikləri kreditlərin faiz dərəcəsi ilə düz mütənasiblik prinsipi üzrə əlaqəsi yoxdur. Çünki Mərkəzi Bankın kommersiya Banklarına verdiyi resurslar, həmin bankların cəlb etdikləri məcmu resurslarda payı çox aşağıdır.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar