Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəmirovun adam öldürdüyünə hələ də inana bilmirəm”

Sabiq daxili işlər naziri İsgəndər Həmidov Etimad İsmayılovun ölümündə təqsirləndirilən şəxs barədə danışıb

Xəbər verildiyi kimi, dünən gecə sabiq ədliyyə naziri, Ədalət Partiyasının rəhbəri İlyas İsmayılovun iş adamı olan oğlu Etimad İsmayılov Türkiyədəki ofisində qətlə yetirilib.

Qısa axtarışdan sonra Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb. Onun Beşiktaş ərazisində tərk edilmiş maşınını tapan polislər gecə 00:01 radələrində Dəmirovu yaxalayıb.

Bəs onları birləşdirən amil nə olub?

Bu barədə bəzi fərziyyələr dolaşsa da, Gözəl Dəmirovla Etimad İsmayılovun şərikli inşaat şirkətləri olduğu və aralarında maliyyə problemi yarandığı bildirilir. Elə Etimad İsmayılovun öldürülməsinə əsas səbəb kimi borc məsələsi göstərilir.

Gözəl Dəmirovla Etimad İsmayılov borc məsələsinə görə mübahisə ediblər və mübahisə o həddə çatıb ki, Gözəl Dəmirov silahla Etimad İsmayılovu vurub.

Gözəl Dəmirov kimdir?

Gözəl Dəmirov Bakı Soyuducu zavodunun keçmiş rəhbərinin qardaşı, 90-cı illərin əvvəlllərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində bölmə rəisi olduğu məlumdur. Artıq uzun illərdir ki, bizneslə məşğul olan Gözəl Dəmirovun Türkiyədə geniş biznes şəbəkələrinin olduğu bildirilir.

Dəmirovun “Fənərbağça” futbol klubunun sabiq prezidenti Əziz Yıldırımla da biznes əlaqələrinin olduğu deyilir.

Əldə olan bəzi məlumatlara görə Gözəl Dəmirovun adı saxta sənəd düzəltməkdə də hallanır.

"Sakit təbiətli, mərd insan kimi..."

Dəmirovun Azərbaycandan getməsi isə, deyilənə görə, onunla bağlı olub ki, 90-cı illərdə onun həbsinə hazırlıq gedirmiş.
Gözəl Dəmirov haqqında musavat.com-a açıqlama verən sabiq daxili işlər naziri İsgəndər Həmidov bu hadisədən dərin təəssüf hissi keçirdiyini bildirdi.

“93-cü ildən sonra mən onu görməmişəm. Amma o və ailəsi Azərbaycanda olduğu müddətdə sayılıb-seçilən insanlardan olublar. Özü Bakı istintaq idarəsi, Suraxanı rayonunda və Daxili İşlər Nazirliyində təhlükəsizlik idarəsinin rəisi işləyib. O, mənim ağlımda yalnız sakit təbiətli və mərd insan olaraq qalıb. Hələ də onun kimisə öldürəcək həddə çatmasına inana bilmirəm”.

İ.Həmidov deyir ki, sonralar Dəmirovun Türkiyədə və Belarusda biznesi olduğunu eşidub: “Tam sübut olunmadan heç kim deyə bilməz ki, Gözəl Dəmirov Etimad İsmayılovu nəyə görə, hansı səbəblə öldürüb. Müxtəlif versiyalar qurmaq olar, həqiqət olub-olmaması şübhə altındadır. Çünki onların heç biri insanlar tərəfindən nifrətlə qarşılanan adamlar olmayıblar”.
Sosial şəbəkədə G.Dəmirovun 1992-ci ilin iyulunda Astarada həyata keçirilən “Subtropik” əməliyyatında iştirakçı olması barədə səslənən iddialardan danışan İsgəndər Həmidov bildirir ki, o, bu əməliyyada iştirak etməyib, o zaman Rövşən Əliyev və Elnur Quliyev sözügedən əməliyyatın əsas iştirakçılarından olublar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar