Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Ələsgərov: “18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib”

Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) - NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimi keçirilib

Tədbirdə Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov iştirak edib.

F.Ələsgərov bağlanış mərasimindəki çıxışında deyib:

“Hörmətli xanım Qottemoller!

Hörmətli cənab Makleod,

Hörmətli xanımlar və cənablar!

Sizi səmimi qəlbdən salamlayıram.

Bu gün biz Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə NATO-nun Dəstək və Təchizat Agentliyinin birgə layihəsi olan “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” layihəsinin bağlanış mərasimində iştirak edirik. Bu layihənin uğurla başa çatdırılmasında əməyi olmuş hər bir kəsi, xüsusilə ona hərtərəfli dəstək vermiş NATO rəsmilərini təbrik edirəm.

Bu yaxınlarda 20 illik yubileyini qeyd etdiyimiz ANAMA 1998-ci il iyulun 18-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sərəncamı ilə yaradılmış, işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi müəyyən edilmişdir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Fəaliyyət göstərdiyi 20 il ərzində Agentlik qarşısına qoyulmuş vəzifənin öhdəsindən uğurla gəlmiş, ümumilikdə 53 min hektardan çox ərazini mina və partlamamış hərbi sursatdan təmizləmiş, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıtmışdır.

Hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir. Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. O, bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurmuşdur.

ANAMA-nın NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi Saloğlu layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi minalardan təmizlənmişdir.

Digər uğurlu birgə layihə isə Ceyrançöl layihəsi olmuşdur. Keçmiş SSRİ-nin Qafqaz regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və digər partlamamış hərbi sursatlar aşkarlanmışdır. Bu ərazi Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi.

2012-ci ildən başlayaraq 3 mərhələdə həyata keçirilmiş Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilmişdir. Layihənin maliyyələşdirilməsində Azərbaycan Hökuməti ilə yanaşı, bir sıra digər ölkələr donor qismində çıxış etmişlər. Fürsətdən istifadə edərək, layihədə iştirak etmiş bütün donor ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə əlaqələndirilmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan Hökuməti adından dərin təşəkkürümü çatdırıram.

Hörmətli xanımlar və cənablar!

Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar. Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir və buna görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır.

Əminik ki, ANAMA-nın xarici partnyorlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.

Diqqətinizə görə təşəkkür edir və gələcək fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar