Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevillə Etimadın böyük sevgi hekayəsi... - "Sonsuza qədər...”

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda ofisində qətlə yetirilib

PİA.AZ xəbər verir ki, qafqazinfo E.İsmayılov haqda bəzi məlumatları araşdırıb.

E. İsmayılov 1969-cu il iyunun 22-də anadan olub. S.Nuriyeva ilə 2011-ci ildə ailə həyatı qurub. Dostları onların böyük sevgi hekayələrinin olduğunu bildirib.

Cütlüyün qovuşması da asan olmayıb. Belə ki, S.Nuriyeva ilə E.İsmayılov gənc yaşlarından bir-birini seviblər. Ancaq ailələr arasındakı anlaşılmazlığa görə qovuşa bilməyiblər. Böyük bir eşq yaşayan Nuriyeva ilə İsmayılov bir müddət hətta ayrılıq qərarı alıblar.

Daha sonra 2008-ci ildə E.İsmayılov həbs edilib. Belə ki, o, Bakıdan Moskvaya qayıdarkən hava limanında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Çelyabinskə aparılıb. E.İsmayılov qanunsuz şəkildə həbs edildiyini bildirmişdi. Hüquqi müstəvidə apardığı mübarizədən sonra 2011-ci ildə Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxmışdı.

42 yaşında evlənən E.İsmaylov ailə həyatı qurduqdan sonra S.Nuriyeva ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. Onların 2014-cü ildə İlyas (Etimad İsmayılovun atası İlyas İsmayılovun adını daşıyır) adlı oğlanları dünyaya gəlib.

S.Nuriyeva ailəsi haqda danışmağı, şəkil paylaşmağı sevmirdi. Amma bu ilin iyun 22-də həyat yoldaşını ad günü münasibətilə təbrik edərək ona olan hisslərini sosial şəbəkədə bölüşmüşdü.

O, E.İsmayılovu mərd və gözəl qəlbli insan adlandırıb: "Bir az çətin biridir. Amma bir o qədər də qəlbi yumşaq və sevgi dolu. Sonsuza qədər inanılacaq dost, yol yoldaşı və ərdir. O sosial şəbəkədən istifadə etmir. Bu şəbəkələrə də əsəbiləşir. Şəkil çəkdirməyi də xoşlamır. Hansısa önəmli adamlarla şəkil çəkdirib və onu paylaşıb hava atanları da qeyri-səmimi adlandırır. Belə bir adamdır. Mübarizəsi olan, mübarizənin nə demək olduğunu anlayan adamdır. Ad günün mübarək. Allah səni hər iki dünyada bəxtiyar etsin".

Onu da bildirək ki, Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan E.İsmayılov atasının rəhbəri olduğu Ədalət partiyası ilə də əlaqələrini kəsməyib. O, partiya sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar