Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqazda təhlükəli milli münaqişə alovlandı, qoşun yeridildi

Dünəndən etibarən Qafqazda daha bir təhlükəli milli münaqişə alovlanıb

 Rusiya KİV-ləri xəbər verir ki, Kabardin-Balkar muxtar respublikasının Kendelen kəndində XVIII əsrdən qalma ədavətə görə başlayan münaqişə cəmi bir sutka ərzində Nalçikə, daha sonra qonşu Baskan kəndinə qədər yayılıb. “Rosqvardiya”nın qüvvələri münaqişəni yatırmağa çalışır və silah tətbiq edir. Çoxsaylı insanın saxlanıldığı bildirilir.

Münaqişə sentyabrın 19-da başlayıb. Yerli sakinlər-balkarlar Kanjal döyüşünün 310 illiyini qeyd etmək istəyən və atların belində Kanjal dağının zirvəsinə yürüş etmək istəyən kabardinləri Kendelen kəndinə buraxmayıb. Nəticədə atlı kabardinlər kənar yollarla dağa qalxmaq istəyiblər, bu zaman iğtişaş başlayıb, silahlar işə düşüb.

 

İğtişaşları yatırmaq üçün “Rosqvardiya”nın qüvvələri yeridilib, kənd blokadaya alınıb. Buna baxmayaraq münaqişə gecə saatlarından başlayaraq sürətlə Nalçikə və digər yaşayış məntəqələrinə yayılıb. Yerli sakinlərin sosial şəbəkələrdə yaydığı görüntülərə əsasən “Rosqvardiya”nın döyüşçüləri atəş səsləri altında “Qafqaz” şose yolundakı Yol Patrul Polisi postu qarşısına toplaşan sakinləri uzaqlaşdırmağa çalışır. Ötən gecə Kendelendə, Nalçikdə və Baksanda onlarla adamın saxlanıldığı bildirilir. Nalçikdə yüzlərlə etirazçı şəhərin mərkəzinə toplaşıb və şüarlar səsləndirir.

Münaqişənin alovlanmasına səbəb olan hadisələr isə 1708-ci ildə baş verib. Çərkəzlər knyaz Atajukinin başçılığı altında Krım xanı Kaplan-Gireyin qoşunlarını qəfil gecə hücumu ilə Kanjal dağında məğlub ediblər. Buna səbəb kabardinlərin Krım xanına və Osmanlı sultanına xərac verməkdən imtina etməsi idi Krım tatarları və osmanlılar Kaplan-Gireyin başçılığı altında 20 minlik qoşunla kabardinləri özlərinə tabe etmək üçün Kabardaya daxil olublar. Lakin kabardinlər əvvəlcə düşmənin sıralarında yanğın törədiblər, bunun ardınca Kabarda knyazı Kurqoko Atajukinin başçılığı ilə 7 minlik kabardin ordusu qəfil hücuma keçərək bir gecəyə türk-krım qoşunlarını darmadağın edib. Təkcə Kaplan-Gireyin başçılığı ilə azsaylı qrup qaçıb canını qurtara bilib.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar