Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya nəhəngi İrandan getməyə razılaşdı

"Volksvagen" də ABŞ sanksiyalarından çəkindi

Birləşmiş Ştatların Almaniyadakı səfiri “Bloomberg News”a deyib ki, “Volksvagen” avtomobil şirkəti ABŞ sanksiyalarına əməl etməyə, İrandakı əməliyyatlarının çoxunu dayandırmağa razılaşıb.

“Bu qərardan məmnunuq, çünki İran iqtisadi resurslarını əhalidən yayındırır, dünyada zorakılıq və sabitsizlik yayır”, – səfir Riçard Grenell sentyabrın 19-da deyib.

“Bloomberg VW” rəsmilərinin şərh vermək xahişlərini cavablandırmadığını yazır. “Reuters” isə Ağ evdən şərh ala bilməyib. Grenellin dediyinə görə, ABŞ rəsmiləri və VW sentyabrın 18-də İrandan çıxmaqla bağlı sazişi yekunlaşdırıblar. Səfir deyib ki, bu alman şirkətinə humanitar əsasda istisna kimi İranda müəyyən biznesini saxlamağa icazə veriləcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib. Həmin saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Tramp deyirdi ki, bu saziş İranın nüvə silahı hazırlamaq qabiliyyətini önləmir. O, İranın sazişin ruhunu pozduğunu, regionda yaraqlıların fəaliyyətini dəstəklədiyini iddia edirdi. Tehran isə bu iddiaları rədd edib.

Sanksiyaların bərpası İran iqtisadiyyatını zəiflədib. Milli valyuta rial son aylar digər valyutalara nisbətən kəskin ucuzlaşıb. Britaniya, Fransa, eləcə də Avropanın digər ölkələri İranda biznes qurmuş Avropa şirkətlərini qorumaq istədiklərini deyiblər.

Amma Fransanın “Total” neft şirkəti, Almaniyanın Daimler avtomobil şirkəti və Deutsche Telekom artıq İrandan çıxıblar. Onlar sanksiyaların təsirinə məruz qalmamaq üçün belə bir qərar veriblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar