Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etimad İsmayılovu güllələyən Gözəl Dəmirov qətldən üç saat sonra tutulub

İstanbulda Azərbaycanın keçmiş ədliyyə naziri və keçmiş Baş prokuroru İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyən Gözəl Dəmirov qətldən 3 saat sonra Beşiktaş meydanında piyada gedərkən saxlanılıb

Bu zaman Dəmirovun sürücüsü də yanında olub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Dəmirovla İsmayılov sonuncunun ofisində görüşüblər. Onlar çay süfrəsi arxasında hansısa borc məsələsini müzakirə edərkən mübahisə yaranıb və bu zaman keçmiş polis rəisi, istefada olan polkovnik Dəmirov silahını çəkərək İsmayılova 3 dəfə atəş açıb. Daha sonra o ofis işçilərini silahla hədələyərək qaçıb.

Dəmirovun sürücüsü

Yaxalanarkən Dəmirovun qətldə istifadə etdiyi tapança da üzərində olub. O və sürücüsü İstanbul Əmniyyət Müdirliyində dindirilir.

* * *

Etimad İsmayılovun öldürülməsinin səbəbi məlum olub. Türkiyə mediasında yer alan xəbərə görə, Etimad İsmayılov Gözəl Dəmirovla uzun müddətdir ki şərik imiş. Hadisə saat 21:00 radələrində meydana gəlib. İş adamı ofisində güllələnərək qətlə yetirilib.

Məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisədə tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxardaraq şərikinə 3 dəfə atəş açıb.

Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

***

Bir neçə saat öncə İstanbulda keçmiş baş prokuror, keçmiş ədliyyə naziri, keçmiş deputat, məşhur siyasi xadim İlyas İsmayılovun oğlu Etimad güllələnib.

Son illər Etimad İsmayılov İstanbulda bizneslə məşğul olurdu. O, Azərbaycanın və Türkiyənin məşhur jurnalisti Sevil Nuriyevanın əri idi. Sevil Nuriyeva Türkiyə prezidenti R.T.Ərdoğanın fəaliyyətini işıqlandıran jurnalist qrupuna daxildir.

Türkiyə KİV-lərinin məlumatına görə, Etimad İsmayılovu Bakının Suraxanı rayonunun keçmiş polis rəisi Gözəl Dəmirov öldürüb. Türkiyə KİV-lərinin ilkin məlumatına görə, münaqişənin səbəbi biznesdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar