Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka krediti ilə bağlı yenilik təklif edilir

İpoteka krediti alan şəxslər həyat sığortasını illik yox, ilk olaraq 3 aya düşən hissəsini ödəsinlər

Belə bir təkliflə Azərbaycan Sığortaçılar Assosiasiyası çıxış edib. Qurumun rəhbəri Mustafa Abbasbəyli bildirib ki, bu təklifin verilməsində əsas məqsəd daha çox insanın bu sığorta növündən istifadəsinə imkan yaratmaqdır.

Deməli, ipoteka krediti ilə 100 min manatlıq mənzil alan şəxs həmin məbləğin 0.2 faizi həcmində yəni 200 manat həyat sığortası ödəməlidir. Bu sığortanın icbari olmasının əsas səbəbi budur ki, əgər ipoteka kreditini götürən şəxs ölərsə krediti həyat sığortasını edən şirkət ödəyəcək. Bununla da ipoteka krediti verən maliyyə qurumu öz kreditini sığortalamış olur. İndi 100 min manatlıq ev üçün 200 manat deyil, 48 manat ödənməsi təklif olunur.

Mustafa Abbasbəyli bildirir ki, yeni təklif artıq aidiyyatı qurumlara göndərilib.

Onu da qeyd edək ki, ipoteka kreditləri ilə yanaşı digər kreditlərdə də həyat sığortasının tətbiqinin icbari olması təklif olunur. Buna səbəb kreditlərin qaytarılması zamanı yaranan problemlərdən sığortalanmaqdır. /xezerxeber.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar