Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib”

Bu günlərdə bəzi mətbuat orqanlarında Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan göndərilən 34 şikayət üzrə araşdırmalara başladığı barədə xəbərlər gedib

Həmin xəbərlərdə bir sıra QHT-lərin adları çəkilir.

Onlar aşağıdakılardır: Azad İqtisadiyyata Yardım, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi, Demokratiya və İnsan Hüquqları, Hüquqi Maarifləndirmə Cəmiyyəti, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, “Qafqaz” Media Araşdırmalar Mərkəzi.

Bu siyahıda Demokratiya və İnsan Hüquqları adlı qurumun da adının keçməsi hüquq müdafiəçisi, deputat Çingiz Qənizadənin ciddi etirazına səbəb olub. Bununla bağlı o, musavat.com-a müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Bu gün bəzi mətbuat səhifələrində “QHT-lərin işi Avropa Məhkəməsində” başlıqlı yazı dərc olunub. QHT-lərin sırasında Demokratiya və İnsan Hüquqları adlı təşkilatın da adı göstərilib. Qeyd etmək istəyirəm ki, Demokratiya və İnsan Hüquqları Komitəsi adlı təşkilat bizə məxsusdur, 1995-ci ildən dövlət qeydiyyatına alınıb və təşkilatın rəhbəri də uzun illərdir mənəm. Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib. Hansısa mübahisəli məsələlər olduqda, bunun hər zaman ölkə daxilində həllinə üstünlük vermişik. Jurnalist dostlarımızdan xahiş edirəm ki, bizim təşkilatın adı altında yaradılmış bu QHT- nin kimə məxsus olması və qeydiyyatdan keçib-keçməməsini aydınlaşdırsınlar”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar