Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada seçki qalmaqalı: “Mən peşka deyiləm”

Bu ölkənin Primorsk vilayətinində keçirilən qubernator seçkiləri böyük siyasi qalmaqala səbəb olub

Qubernator vəzifəsini müvəqqəti icra edən hakim partiyanın nümayəndəsi Andrey Tarasenko ilə kommunistlərin namizədi Andrey İşşenko arasında gedən gərgin mübarizə Rusiya MSK-sını və onun sədri Ella Panfilovanı çox çətin və çıxılmaz duruma salıb.

Qeyd edək ki, artıq sözügedən namizədlər ikinci dəfədir üz-üzə gəlirlər. Belə ki, birinci turda qalibi müəyyən etmək mümkün olmayıb. İkinci turun gedişində və ondan sonra isə tərəflər bir-birini seçki saxtakarlığında, protokollara müdaxilə etməkdə günahlandırıblar. Seçkinin əvvəlində hakim partiyanın təmsilçisi rəqibini 30 faizədək üstələdiyi halda, səslərin yarısı sayıldıqdan sonra məlum olub ki, artıq kommunist namizəd rəqibini 7 faizlik fərqlə geridə qoyur.

Sonadək çox gərgin şəraitdə keçən mübarizə onunla bitib ki, MSK-nın açıqladığı nəticələr həm seçicilərin böyük əksəriyyəti, həm də kommunist namizəd tərəfindən kəskin etirazla qarşılanıb. MSK səslərin 100 faizinin sayılmasından sonra A.Tarasenkonun 49.55, kommunist A.İşşenkonun isə 48.06 faiz səs topladığını bəyan edib.

Lakin İşşenkonun seçki qərargahı vilayət seçki komissiyasına saxtakarlıqlarla bağlı ciddi faktlar təqdim edə bilib. Bundan sonra 13 məntəqədə seçkinin nəticələri etibarsız sayılıb. Ancaq etirazlar bununla səngiməyib və MSK məsələyə qarışaraq, “taym-aut götürdüyünü” bəyan edib. Qurum bildirib ki, hər iki tərəfin şikayətləri araşdırılandan sonra qərar veriləcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Araşdırmalar isə ortaya çıxarıb ki, 25 minə yaxın səs saxtalaşdırılıb və bu rəqəm seçkinin nəticələrinə ciddi təsir göstərib. Bundan öncə isə kommunist namizəd aclıq elan edib, vilayətdə etiraz aksiyaları başlayıb. Nəticədə MSK geri addım atmalı olub və vilayət seçki komissiyasına nəticələri ləğv edərək, üçüncü tur keçirməyi tövsiyə edib.

Əsl siyasi qalmaqala çevrilən hadisə ilə bağlı mətbuat konfransı keçirən MSK sədri Ella Panfilova isə jurnalistlərin suallarına cavab verərkən ağlayaraq, “peşka olmadığını” , müstəqil mövqeyə malik olduğunu söyləyib. Onun bu sözlərinə kimsənin inandığını söyləmək isə çətindir. Sonda Panfilova deyib ki, prezident hər şeydən xəbərdardır və MSK-nın üçüncü turun keçirilməsilə bağlı təklifini dəstəkləyir.

Lakin kommunist namizəd daha bir turun keçirilməsinin əleyhinə olduğunu bildirərək, onun qələbəsinin tanınmasını tələb edib. Və son qərarın kommunistlərin lideri Gennadi Zyuqanovla məsləhətləşmədən sonra verəcəyini deyib.

A.Tarasenko isə ziddiyyətli mövqe ortaya qoyaraq, əvvəlcə üçüncü turda iştirak etməyəcəyini və ikinci turun rəsmi nəticələrinin tanınmalı olduğunu bildirib. Az sonra isə fikrini dəyişərək, növbəti tura qatılacağını söyləyib.

Bir sözlə, heç zaman seçki şəffaflığı sarıdan dünya lideri olmayan və nümunə göstərilməyən Rusiya növbəti dəfə öz “imicini” qorumaqdadır. Primorsk vilayətindəki seçkilərdə baş verənlər eyni zamanda, hətta MSK sədri kimi yüksək əhəmiyyətli postu tutan şəxsin belə, kimlərinsə buyruq qulu olaraq, saxtakarlığa qol qoyanda necə rəzil hala düşdüyünü bir daha üzə çıxardı…(azpolitika.info)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar