Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İl-20 təyyarəsinin vurulması: Günahkar kimdir və nələr olacaq?

Rusiya və Türkiyə arasında İdliblə bağlı saziş İdlib və Təl-Əviv arasındakı münasibətləri xeyli gərginləşdirib

Bu məsələ ilə bağlı danışarkən rusiyalı analitik Dmitri Qolubovski belə bir sual səsləndirib: Rusiya yəhudilərin xəbərdarlıq etmədən əməliyyat keçirməsinə niyə təəccüblənib?

Rusiya Əsədin müttəfiqidir. Əsəd yəhudilərin düşmənidir. Bütün göstəricilər üzrə belədir. O, İranın müttəfiqidir.

İsrail nəyə görə düşməninin müttəfiqi olan Rusiyaya keçirdiyi əməliyyatlarla bağlı məlumat versin? Ona görə ki, Rusiya İsrailin vurmaq istədiklərini qoruya bilsin? Bu, yumşaq desək, qəribə olardı.

Suriya Hava Hücumundan Müdafiə qurğularından əməliyyatlar barədə xəbərdarlıq etmək məntiqsiz deyilmi? Bu cür insidentləri istisna edən kəşfiyyat və bölmə səviyyəsində minimum səviyyədə qarşılıqlı əlaqə qurmaq lazımdır?”, - Qolubovski Oxu.Az-ın müxbiri ilə müsahibəsində deyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ekspert bildirib ki, Suriyada hər kəs hər kəsə qarşı müharibə aparır.

“Terrorçuluqla mübarizə” – bu, bəzi maraqları və “biz terrorçular arasında fərq qoymuruq” mövqeyini örtmək üçün pərdədir.

“Həmas” və “Hizbullah” İsrail üçün terrorçulardır, Rusiyada o, qadağan edilməyib, hətta “Həmas” lideri Qəzzada hakimiyyəti ələ aldıqdan sonra Rusiyaya rəsmi səfərə gedib”, - müsahibimiz qeyd edib.

Qolubovski əlavə edib ki, Rusiyada terrorçu hesab edilənlər yəhudi və onların müttəfiqləri olan amerikalılar üçün belə hesab olunmaya bilər.

“Terrorçular” və “azadlıq uğrunda mübarizə aparanlar” var. Fikir birliyi yalnız İŞİD-lə bağlıdır və onlar bu arenada nüfuzunu itirmək üzrədir.

Buna görə türklərlə razılaşmaq lazımdır. Türklər rus təyyarəsini vurduqdan sonra onlarla təsir sahələrinin bölünməsi haqqında razılıq əldə edildi və dost olduq. Yəhudilərlə də razılaşmaq lazımdır. Onların Suriyada maraqları var və onlar bu maraqlardan əl çəkə bilməzlər.

Ya Suriyada bütün hava məkanını bağlayın və bildirin ki, buradan uçan istənilən təyyarəni vuracaqsınız, ya da ümumiyyətlə, lokal hərbi əməliyyatlar zonasından uçmayın”, - ekspert bildirib.

Onun sözlərinə görə, ABŞ-ın müttəfiqi olan İsrail Rusiyaya qarşı sanksiya siyasətinə qatılmır.

“İndi biz İsraili açıq düşmənlərimiz siyahısına yazdıq. Elə bil, bizim düşmənimiz az idi. Yaxşı ki, vaxtında dayandıq”, - ekspert deyib.

Digər rusiyalı politoloq Denis Korkodinov bu məsələ ilə bağlı danışarkən deyib ki, İsrail İdliblə bağlı sazişi qeyri-dost aktı kimi qəbul etdi, çünki İdlibdə İsrail aviasiyasi üçün təhlükə yaradan İran bazaları var.

“Eyni zamanda, 2018-ci il sentyabrın 17-də Rusiyaya məxsus İl-20 təyyarəsinin vurulmasını Moskva Təl-Əviv tərəfindən düşmənçilik addımı kimi qiymətləndirdi. Bununla yanaşı, Rusiya tərəfi qeyd edib ki, oO, İsrailə qarşı cavab tədbirləri görə bilər”, - o bildirib.

Müsahibimiz əlavə edib ki, Rusiya və İsrailin Suriyadakı fikirləri haçalanıb, çünki demilitarizasiya zonasının yaradılması Təl-Əvivin İdlibin hava məkanına daxil olmaq, İranSuriya mövqelərinə zərbələr endirmək planına mane olur.

Rusiya-Türkiyə razılaşması nəticəsində Hamada olan silahlıların Türkiyənin nəzarətində olan Xan Şeyxun və Maarat əl-Numana göndərilməsinə müvəffəq olub.

Bu da İsrail tərəfini narahat etdi. Çünki İsrail Xan Şeyxuna aviazərbələr endirə bilmir. İsrail tərəfindən istənilən təxribatı Rusiya və Türkiyə tərəfi demilitarizasiya rejiminin pozulması kimi dəyərləndirə və İsrail mövqelərinə hücum təşkil edə bilər”, - siyasi şərhçi əlavə edib.

Korkodinov ehtimal edir ki, Təl-Əvivin bu təxribatı törətmək üçün tutarlı səbəbi olub.

Xatırladaq ki, uzun sürən şübhə və ehtimallardan sonra Rusiya Müdafiə Nazirliyi İl-20 qəzası ilə bağlı məsələyə nöqtə qoyub. Rusiyaya məxsus təyyarə Latakiya rayonunda İsrailin günahı səbəbindən Suriya raket əleyhinə müdafiə sistemləri tərəfindən vurulub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar