Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu gün Ermənistanın Azərbaycanla rəqabət aparması qeyri-mümkündür"

"Ermənistan ordusu Azərbaycan Ordusu ilə rəqabət aparmaq gücündə deyil"

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycanla Ermənistan arasında artıq böyük bir uçurum yaranıb:

"Azərbaycan gündən-günə inkişaf edir, iqtisadi gücü artır, qlobal layihələr həyata keçirir, regionda güc sahibinə çevrilib, eyni zamanda Azərbaycanın müasir hərbi texnikalarla təchiz olunmuş ordusu var. Ermənistanda isə tamamilə əks proses baş verir, hər hansı bir inkişafdan söhbət gedə bilməz, ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürür, hər il çoxlu sayda insan ölkədən qaçır".

Deputat qeyd edib ki, Ermənistan rəhbərliyinə gəlmiş yeni dəstə isə heç də öz sələflərindən geri qalmır:

"Baş nazir Nikol Paşinyan bir-birinə zidd və sərsəm bəyanatları ilə göstərdi ki, o, hələ də siyasətin nə olduğunu anlamır. Bu gün bir şey deyir, sabah tamam başqa şey. Onun bu məsuliyyətsiz davranışı vəziyyəti daha da gərginləşdirir, ermənilər silahlı təxribata da əl atır, lakin hər zaman olduğu kimi, qüdrətli ordumuz onların layiqli cavabını verir.

Elə bir neçə gün öncə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı təxribat zamanı ordumuzun erməniləri geri oturtması buna bir nümunədir. Ümumiyyətlə, Ermənistan çox ağır vəziyyətdir, ordusu Azərbaycan Ordusu ilə rəqabət aparmaq gücündə deyil".

Millət vəkili vurğulayıb ki, Ermənistan hakimiyyəti bundan bir dərs çıxarmalıdır, əks halda hadisələrin bu cür davam etməsi Ermənistana yaxşı heç nə vəd etmir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar