Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Paşinyan Ermənistana nəzarət edə bilmir”

Ermənistanın baş naziri Nikol Paşinyan setyabrın 18-də Azərbaycanın sərhədini pozaraq Qarabağa gəlib

AzNews.az Paşinyanın Qarabağda verdiyi bəyənatlarla bağlı politoloq Rufiz Qonaqovun fikirlərini öyrənib.

- Cənab Qonaqov, Paşinyanın Qarabağ səfəri və səsləndirdiyi bəyanatlar haqqında nə deyə bilərsiniz?

- Mən ümumiyətlə Paşinyanın hər hansı bir fikrini ciddi saymıram. Əvvəldən də bəlli idi ki, o, siyasətçi, dövlət adamı deyil. Təsadüfən hakimiyyətə gəlmiş bir şəxsdir. Eyni zamanda bəlli oldu ki, onun hazırda psixi vəziyyəti də yerində deyil. Yəni, onun həkim müayinəsi ehtiyacı var. Çünki ziddiyyətli, ciddilik hissini itirən bir insanolaraq dövlət başçısı adına yaraşmayan hərəkətlər edir. Ona görə ki, Paşinyanı həm Ermənistanda, həm də dünyada ciddi qəbul edənlərin sayı getdiikcə azalır. Sözsüz ki, bütün bunlar Paşinyanın qorxu içərisində olmasından irəli gəlir. Bu insan aqresiyalıdır. Səbəbi isə onun baş nazir olmasına baxmayaraq ölkəsi üçün heçnə edə bilməməsindən qaynaqlanır. Buna görə də fikirləri ölkənin daxilindən yayındırmaq və Qarabağ üzərinə yönəltmək istəyir.

Yadınızdadırsa, sələfi, xunta rejiminə rəhbərlik edən Sarkisyan da eyni siyasəti yürüdürdü. Bu bir daha onu göstərir ki, Paşinyanın başqa işi gücü yoxdur. Dövləti üçün nə isə etmək istəsəydi, nə isə planlaşdırsaydı, psixi vəziyyəti yerində olsaydı, belə hərəkətlər eləməzdi. Fikirləşərdi ki, hakimiyyətə gəlibsə, birinci xalqının sosial vəziyyətini həll etməlidir. Ermənistanda aclıq var, səfalət var. Əhali ölkəni tərk edib gedir, yerdə qalanlar imkansızlardır. Bu vəziyyəti düzəldə bilməyəcəyini bildiyi üçün bütün diqqəti Qarabağ münaqişəsinə çəkir. Digər tərəfdən isə deyir ki, Ermənistanın bu məsələlərdə heç bir rolu yoxdur.

O zaman sual yaranır ki, Ermənistanın rolu yoxdursa, iki gündən bir başqasının torpağında nə işin var? Təbiidir ki, cənab president İlham Əliyev Biləsuvara səfərində də bildirdi ki, bir neçə gün öncə Paşinyan və onun dəstəsi layiqli cavab aldı və bir müddət özünə gələ biləcəklərini düşünmürük. Bu o demək idi ki, lap bu yaxınlarda təmas xəttində ciddi döyüşlər olub və düşmən darmadağın edilib. Ümumiyyətlə Ermənistanda ordu da yoxdur. Onlar işğalçı quldur dəstələridir. Yəqin ki, onlar Paşinyan da başda olmaqla yaxın gələcəkdə birdəfəlik cavablarını alacaqlar. Düşünürəm ki, erməni əhalisi də tezliklə Paşinyana yerini göstərəcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

- Bəs, Paşinyanın özünün bir cür, həyat yoldaşının isə başqa ritorikada danışmasını nədən irəli gəlir?

- Ümumiyyətlə Paşinyanın fikirlərini ciddiyə almamalıyıq. Ona görə ki, artıq həm özü, həm də həyat yoldaşı bu cür ziddiyyətli bəyanatlar verir. Əlbəttə, bunlar qorxudan irəli gəlir. Azərbaycan olaraq bizim bir neçə gün ərzində nəinki Qarabağı, bütün tarixi torpaqlarımızı azad edə bilmək imkanımız var. Hərbi potensialımız buna tam əsas verir. Paşinyan bu gün öz ölkəsində öz nüfuzunu itirməkdə davam edir. Sözsüz ki, onun ölkə daxilində ciddi rəqibləri var. Təsadüf nəticəsində hakimiyyətə gəldiyi üçün onun nə orduya, nə də Ermənistana rəhbərliyi hiss olunmur. Ermənistan bu dəqiqə böhran və gərgin vəziyyət içərisindədir. Eləcə də hakimiyyət böhranı var ölkədə. Bilirsiniz ki, nə seçki keçirə bilirlər, nə də ölkəni idarə edə bilirlər. Prezident , baş nazir qalıb belə. Parlament isə tamam başqa mövqedədir.

- Sizcə, bu bəyanatların ardında hansısa xarici qüvvələr dayanır?

- Biz bilirik ki, Paşinyan Qərb dairələri qarşısında öhdəlik götürmüş qrupun-“5-ci kolon”un üzvüdür. Sözsüz ki, onu maliyyələşdirənlər indi göstəriş verirlər ki, hakimiyyətini qorumaq üçün əlindən gələni etsin. Mən düşünürəm ki, artıq Paşinyana ümid bəsləyən Qərb dairələri də başa düşürlər ki, belə bir psixi xəstə dövlət başçısı ola bilməz. O, Ermənistanı sosial-siyasi partlayışa aparır və açığı bu bizə sərf edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar