Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu deyilənlər demaqogiyadır, bizim əlimizdə sübutlar var...”

“Massimo Albertinin və Bakıda onun maraqlarını müdafiə edən vəkilin Fərhad Əhmədovun guya hansısa malı təkcə Azərbaycan istehsalı olduğu üçün “saxta və keyfiyyətsiz” saydığı barədə danışdıqları tərtəmiz demaqogiyadır, dələduzluq faktına haqq qazandırmaq üçün uğursuz cəhddir”

Bunu virtualaz.org-a açıqlamasında azərbaycan əsilli rusiyalı biznesmen, milyarder Fərhad Əhmədovun vəkili və qanuni təmsilçisi Nail Şahverdiyev deyib.

Biznesmenin nümayəndəsi bildirib ki, əgər sifarişçi təchizatçıya “Mercedes” sifariş edirsə və təchizatçı əvəzində BMW gətirirsə bu artıq müqavilə öhdəliklərinin kobud pozulmasıdır. “Burada söhbət “Mercedes”in, yoxsa BMW-nin daha keyfiyyətli olmasından getmir. Müqavilədə hansı mal yazılıbsa o alınıb gətirilməlidir. İndiki halda müqavilədə necə yazılmışdısa onlar da elə işləməli idi”-Şahverdiyev vurğulayıb.

Xəbər verdiyimiz kimi milyarderin Bakının Bilgəh qəsəbəsində, dəniz sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alan İtaliya şirkəti “Paghera” ilə (“Paghera Green Service Societa Agricola S.R.L.”) F.Əhmədov arasında qarşılıqlı ittihamlarla müşaiyət olunan qalmaqal yaranıb.

Sifarişçi (səhmləri biznesmenə məxsus olan “Baku Caspian Real Estate Limited” şirkəti) icraçını-“Paghera” (İtaliya) şirkətinin icraçı direktoru Massimo Albertini və şirkətin səhmlərinə nəzarət edən İsveçrə şirkətinin (“Paghera Group S.A.) rəhbəri Gianfranco Pagheranı “dələduzluqda, mənimsəmədə” və digər əməllərdə ittiham edir. Şirkət italyanların barəsində Azərbaycanın hüquq-mühafizə orqanlarına şikayət verib. Şikayətə əsasən icraçı tərəf cəmi 9 milyon avro alsa da müqavilə öhdəliklərini pozub, işləri keyfiyyətsiz görüb, yaxud yarımçıq qoyub. İqamətgahın ərazisində əkilən ekzotik ağacların və kolların bir çoxu quruyub. Nəticədə biznesmenə 1.5 milyon avro ziyan dəyib.

“Onlar bu ilin avqust ayında hansı işlərin yarımçıq qaldığına və ya keyfiyyətsiz görüldüyünə dair çoxsaylı faktlardan ibarət Aktı imzalayıblar. İndi diqqəti dələduzluq əməlindən yayındırmaq üçün Fərhad Əhmədovun vətənpərvərliyimi şübhə altına almağa çalışırlar. Bu mənasız cəhddir, Fərhad Teymuroviçin vətənpərvərliyinə onun Azərbaycanda illərdir gördüyü işlər , xeyriyyəçilik fəaliyyəti qiymət verə bilər, hansısa dələduzlar deyil”-vəkil bildirib.

Xatırladırıq ki, Massimo Alberti F.Əhmədovun adamlarının “Paghera Azərbaycan” MMC şirkətinin ((səhmlərinin 95 faizi “Paghera” şirkətinə məxsusdur)) icraçı direktoru, eyni zamanda italyanlarla azərbaycanlı milyarder arasında tərcüməçilik edən Sahib Haqverdiyevə 50 min dollar təklif edərək “şahidi ələ almağa cəhd göstərdiyini” də demişdi. İtaliyalı biznesmenin bildirdiyinə görə burada məqsəd tərcüməçinin məhkəmədə Əhmədovun xeyrinə danışmasına nail olmaq idi. Amma dediyinə görə tərcüməçi təklifi rədd edib.

Fərhad Əhmədovun nümayəndəsi isə bu deyilənləri uydurma adlandırıb. Bildirib ki, əslində sözügedən şəxs bu işdə şahid yox, “mütəşəkkil qrupun üzvüdür” və ona 50 min dolların təklif edilməsindən söhbət belə gedə bilməz.

“Biz onu bu böhtana görə məhkəməyə verəcəyik”-Şahverdiyev belə deyib.                                Sahib Haqverdiyev

 

Biznesmenin təmsilçisi bildirir ki, italyanların məsələni birinci mətbuata çıxarması F.Əhmədova “media üzərindən təzyiq, şantaj” cəhdi idi: “Əgər onlar haqlı idisə nəyə görə birinci məhkəməyə deyil, KİV-lərə üz tuturdular? Xalqımız və bütün dünya bilir ki, Fərhad Əhmədov təmiz, düzgün iş adamıdır, heç vaxt verdiyi sözlərdən və öhdəliklərindən geri çəkilməyib. “Paghera” şirkətinin KİV-lərdə bu işlə başlatdığı polemika biznesmenə təzyiq, şantaj cəhdidir və uğursuzluğa düçar olacaq”

Virtualaz.org qalmaqalla bağlı daha bir sənədi əldə edib. Məlum olur ki, 2018-ci il avqustun 17-də Massimo Alberti “Baku Caspian Real Estate Limited” şirkətinin icraçı direktoru (eyni zamanda Əhmədovun qanuni nümayəndəsi) Nail Şahverdiyevə rəsmi məktub yazaraq müqavilə üzrə qalan 3 milyon avronu 3 gün ərzində ödəməyi tələb edir. Bildirir ki, əks halda dərhal BakıLondon məhkəmələrinə müraciət edəcək, İtaliyanın Bakıdakı səfirliyini, Xarici Ticarət Nazirliyini və digər instansiyaları işə qatacaq. Habelə “bütün mətbuata, televiziyaya və media-agentliklərə” müraciət edəcək. Bir sözlə beynəlxalq qalmaqal qaldıracaq.

Massimo Alberti

Habelə məlum olub ki, “Paghera” şirkəti F.Əhmədovdan təzminat almaq üçün London məhkəməsində artıq iddia qaldırdığı barədə bundan əvvəl KİV-lərdə yayılmış xəbərlər doğru deyil. London məhkəməsində bu şirkətin iddiası hələ qeydiyyatdan keçməyib. Əldə etdiyimiz məlumata görə şirkət hazırda Londonun hüquq firmalarından biri ilə məhkəmə iddiasının hazırlanması üçün danışıqlar aparır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd etmək lazımdır ki, London məhkəməsində təzminat barədə iddia qaldırmaq sanballı xərclər tələb edən işdir. Söhbət saatı bir neçə yüz funt sterlinqə işləyən vəkillərdən, məhkəmə xərclərindən və s. gedir. İndiki halda tələb olunan məbləğ və potensial iddiaçının arqumentlərinin nə dərəcədə tutarlı olduğu nəzərə alınarsa çəkişməni London məhkəməsinə qədər çəkib aparmaq “Paghera” şirkəti üçün sərfəli sayılmazdı. Lakin aldığımız məlumata görə F.Əhmədovun hüquqşünasları da artıq London məhkəməsinə iddia qaldırmaq üçün hazırlıqlar görürlər. Və bəribaşdan demək olar ki, milyarder bu işdə məhkəmə xərclərindən çəkinməzdi və işi udmaq naminə ondan tələb olunan məbləğdən daha çox xərcləyə bilərdi. Çünki söhbət imicdən gedir...

Fərhad Əhmədov

Nail Şahverdiyev italyanların London məhkəməsinə üz tutmasının perspektivləri barədə deyib ki, iddia ərizəsi qəbul edilsə belə onlar uduzacaqlar: “Çünki bizim əlimizdə bütün sübutlar, faklar var”.

F.Əhmədovun vəkili bildirir ki, “Paghera” şirkəti üçün Bilgəh layihəsi MDB bazarında VİP layihələrə giriş bileti olmalıydı. İndi isə onlar bu bileti əldən verdilər.

“Onlar gözəl başa düşürlər ki, Bilgəhdəki əməllərinin ifşa olunmasından sonra biznesləri çökməyə doğru gedir, müflisləşmə ərəfəsindədirlər. Çünki bu qalmaqaldan sonra heç kim onlara inanmayacaq”-Nail Şahverdiyev belə deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar