Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı rayon sakinləriylə görüşdü - Nərimanovda

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

Sentyabrın 19-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

Qəbulda RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirdi.

Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət etdilər. Müraciətlər əsasən məhəllədaxili yolların təmiri, liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması, mənzil şəraitinin yaxşılaşdırılması, işlə təminat və sosial yönümlü məsələlərlə bağlı olmuşdur.

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar