Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb

Sentyabrın 19-da Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, qurumun vitse-prezidenti Sergey Soloveyçik, idman direktoru Vladimir Barta, hakimlər üzrə direktor Xuan Karlos Barkos, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, təşkilatın baş katibi Elmar Babanlı, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zaur Mütəllimov, olimpiya çempionu Nazim Hüseynov və iştirakçı ölkələrin nümayəndələri tədbirdə iştirak ediblər.

Əvvəlcə IJF-nin Bakıda təşkil olunacaq yarışla bağlı hazırladığı videoçarxı təqdim olunub.

Daha sonra M.Vizer çıxış edərək gözəl təşkilatçılığa görə Azərbaycan Cüdo Federasiyasına (ACF) təşəkkür edib. O deyib: “Ən yaxşı və güclü olan qalib gəlsin. İdmançılara uğurlar arzulayıram. Bakıda ən yaxşı dünya çempionatlarından biri keçiriləcək”.

S.Soloveyçik də təşkilatçılıqdan məmnunluğunu ifadə edib: “Sizi Bakıdakı dünya çempionatında salamlayıram. Gözəl təşkilatçılığa görə ACF-in prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir”.

E.Babanlı isə çıxışında cüdo üzrə dünya çempionatının Azərbaycan üçün təkcə yarış yox, həm də tarix olduğunu söyləyib. O, mundial iştirakçılarına uğurlar arzulayıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ardınca kompyuter vasitəsilə 460 kişi və 298 qadın cüdoçunun qatılacağı dünya çempionatının püşkü atılıb. Püşk zamanı hər çəki dərəcəsində reytinqdə ilk “8-lik”də yer alan idmançılar fərqli qruplara paylanıblar. Rəqiblər isə avtomatik olaraq müəyyənləşib.

Püşkə əsasən, qarışıq komanda yarışlarında 19 ölkə mübarizə aparacaq. Azərbaycanın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz qalib gələcəyi təqdirdə növbəti raundda Yaponiya-Monqolustan cütünün üstün tərəfi ilə qarşılaşacaq.

pia.az


Etiket: Cüdo Püşk

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar