Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki deputat və iki qalmaqal, 15 il əvvəlki qətl...

Xəbər verildiyi kimi bu günlərdə Rusiyada yerli seçkilər keçirilib

Krasnoyarsk şəhər sovetinə seçilən deputatlar arasında iki azərbaycanlı da var. Virtualaz.org xəbər verir ki, ngs24.ru adlı Krasnoyarsk xəbər portalı onların-32 yaşlı Səməd Qurban oğlu Yusubovun və 57 yaşlı Taleh Sədi oğlu Mahmudovun adı keçən qalmaqalları, o cümlədən 15 il əvvəlki qətli yada salır.

Səməd Yusubov “Ədalətli Rusiya” partiyasının siyahısından seçilib. O, dövlət yol təşkilatında işləyir. Gürcüstanda anadan olub. Uşaq olanda ailəsi Krasnoyarska köçüb. Atası Qurban Yusubov sahibkarlıq fəaliyyəti ilə məşğuldur, şirniyyat məhsulları istehsal edir. Habelə “Oniks” adlı inşaat şirkəti olub, bu şirkətə oğlu Səməd başçılıq edib. Hazırda bağlıdır.

Səməd Yusubov dövlət “Yol-İstismar Təşkilatı”nın-yolların təmirinə və saxlanılmasına cavabdeh olan strukturun direktor müavinidir. 2012-ci ildə idarənin işçilərindən biri internetdə rəhbərliyi, o cümlədən Yusubovu “maxinasiyalarda” ittiham etmişdi. Əvəzində Yusubov həmin adamdan təkzib və 1 milyon rubl təzminat istəmişdi. Bildirilirdi ki, polis idarədə yoxlama aparıb və maxinasiya aşkarlamayıb. Nəticədə məhkəmə işçini 5 min rubl təzminat ödəməyə məhkum edib.

Deputat və biznesmen Taleh Mahmudov isə məşhur adamdır. Krasnoyarskdakı azərbaycan diaspor təşkilatı “Azəri”nin rəhbəridir. İri biznesmendir, “Bionika” adlı özəl klinikası, “Taleh” inşaat firması və “Sibir Avia” adlı şirkəti var. Milyonçudur. Yerli mətbuatda çoxsaylı müsahibələri dərc olunub.

Taleh Mahmudov

Mahmudovun adı 2003-cü ildə Krasnoyarskda baş vermiş qətlə görə hallanıb. Həmin vaxt Krasnoyarskdakı “Azərbaycan” diaspor təşkilatının lideri, əvvəllər həmin “Azəri” təşkilatının rəhbəri olmuş biznesmen Mahir İlyasov güllələnib. “Kommersant” yazırdı ki, qətli törədən killer İlham Həsənov istintaqa ifadəsində Mahir İlyasovun ona Taleh Mahmudovun qətlini sifariş verdiyini, amma sifarişi yerinə yetirmək istəmədiyi üçün onu hədələdiyini bildirib. İ.Həsənov deyib ki, İlyasovdan 10 min dollar borc istəyib. İlyasov isə ona bu pulu verə biləcəyini deyib, amma əvəzində Mahmudovu öldürmək sifarişi verib. Bildirib ki, “Azəri” diaspor təşkilatının rəhbəri postunu Mahmudov onun əlindən alıb və bu səbəbdən ondan qisas almaq istəyir.

Onlar “Praqa” restoranında görüşüblər. Vəd olunduğu kimi İlyasov Həsənova pulun bir hissəsini, tapançanı və Mahmudovun fotosunu verməliydi. Lakin görüşdə İlyasov pulu verməkdən imtina edib və tələb edib ki, Həsənov heç bir şərt qoymadan Mahmudovu öldürsün. Əks halda Həsənovun özünü öldürməklə hədələyib, deyib ki, o lazım olandan çox bilir və “baş ağrısına” çevrilib. Nəticədə mübahisə baş verib, hər ikisi küçəyə çıxıb və Həsənova divan tutmaqla hədələyən İlyasov evə tərəf yollanıb. Bu vaxt Həsənov cibindən döyüş patronu ilə doldurulmuş qaz tapançasını çıxararaq İlyasova atəş açıb, güllə onun boynundan dəyib. Həsənov könüllü olaraq polisə təslim olub.

Məhkəmədə isə Həsənov ifadəsini dəyişib, İlyasovu “şəxsi münaqişə zəminində” və “təsadüfən öldürdüyünü” bildirib. Məhkəmə ona 12 il həbs cəzası kəsib. Mahir İlyasovun qardaşı Azər bu hökmü yumşaq sayıb. Bildirib ki, killerin dedikləri uydurmadır. Onun qardaşı ilə Mahmudov arasında heç bir münaqişə olmayıb, əksinə onlar yaxın dost olublar. “Azəri” təşkilatının sədri postunu isə özü Mahmudova təhvil verib. Deyib ki, İlyasov kimlərəsə mane olduğu üçün öldürülüb.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində Krasnoyarskda azərbaycanlı klanlar arasında (ŞəmkirTovuz klanları) qanlı müharibə gedib. Məşhur biznesmenlər Rafiq Məmmədov və Oqtay Əhmədov arasında hər iki tərəfdən çoxsaylı azərbaycanlının cəlb olunduğu müharibədə tərəflər çoxsaylı itkilər veriblər. O cümlədən Rafiq Məmmədov və Oqtay Əhmədov hazırda sağ deyillər. Bu klanların müharibəsi haqda o dövrdə Rusiya mətbuatı geniş yazırdı...

pia.az


Etiket: Deputatlar Qətl

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar