Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Gedib taksi sürücüsü işlədim” - Tacir

İfaçı dənizdə boğularaq dünyasını dəyişən qardaşından danışıb

"Qardaşımın şəkli evimdədir. Hər səhər evdən ona baxıb sonra çıxıram. Hətta hərdən danışıram da öz-özümə. O, mənim yaddaşımdan çıxası deyil. Çıxa da bilməz. Təkcə qardaşım deyil axı... Mənim digər qardaşlarım, balalarım var. Hərəkət etməsəm, getməsəm, pul qazanmasam, onlar da acından öləcək. Bunu düşünmürlər".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Şou ATV" verilişində deyib. İfaçı dənizdə boğularaq dünyasını dəyişən qardaşından danışıb. O bildirib ki, qardaşı öləndən sonra toylara getməsi qınanılıb:

"Kefimdən getmirəm toya. Bu, sadəcə bizim sənətimizdir. Əgər kefimizdən gedəsi olsaq, mən sənəti ataram. Bilsəm ki, başqa yerdən gəlirim var, oxumaram. Bununla balalarımı, anamı, qardaşlarımı, bacılarımı dolandırıram. Qoymuram kimsə axsasın, pis vəziyyətə qalsın, getsin qonşudan çörək alsın. Bunlar üçün mən oxumalıyam".

Səsinin batdığı dövrlərdə bir müddət səhnədən uzaq qaldığını deyən T.Şahmalıoğlu həmin ərəfədə taksi sürücüsü kimi fəaliyyət göstərməsindən söhbət açıb:

"Bir gün səhər ayılanda görüm ki, səsim batıb. Bildim də harada olduğunu. Fikirləşirəm kimlər edə bilər. Amma günah yumaq istəmirəm. Bilmədim ki, dəqiq kim edib. Səsim batanda bir müddət gözlədim. Gördüm yox, heç danışa da bilmirəm. Bir "011" avtomobilim var idi. Gördüm ailədə adam çoxdur. 17 nəfər idik. Bir eynək taxdım və başladım taksi sürücüsü işləməyə. Evdə hamısı balaca idi, atamla anam da qoca... Eynək taxdım ki, məni tanımasınlar. Bir dəfə qohumlardan biri tanıdı. Dedim ki, vəziyyət ağırdır, bunu etməliyəm. Qazanıb gətirməsəm uşaqlar deyəcək qazan gətir. Bir ay yarım işlədim. Sonra gördüm səsim açılır”.

pia.az


Etiket: Tacir Şou biznes

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar