Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətaidə prokurorluq orqanlarının 100 illik yubileyi qeyd edildi - Fotolar

Xətai rayonunda Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli toplantı keçirildi

PİA.AZ bildirir ki, tədbirdən əvvəl Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon prokurorluğunun əməkdaşları və ictimaiyyətin nümayəndələri Heydər Parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib qarşısına gül dəstələri qoydular.

İcra hakimiyyəti aparatının akt zalında keçirilən toplantını Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq prokurorluq orqanlarının dövlətin hüquq sitemindəki yerindən və ölkədə qanunun aliliyinin təmin olunmasındakı rolundan danışaraq bildirdi ki, prokuror peşəsinə və bu vəzifəni daşıyan insanların zəhmətinə ümummilli lider Heydər Əliyevdən dəqiq və yüksək qiymət vermək çox çətindir.Ulu öndər deyirdi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”. Prokurorluğu və onun əməkdaşlarının zəhmətini belə yüksək qiymətləndirdiyinə görə də Prezident Heydər Əliyev1998-ci il iyulun 17-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başladığı günün milli prokurorluğun yaradılması tarixi kimi qeyd edilməsi barədə sərəncam imzaladı.

Çıxışının sonunda rayon prokurorluğunun simasında ölkənin bütün prokurorluq orqanlarında çalışan insanları təbrik edən natiq çətin və şərəfli işlərində onlara uğurlar dilədi. Əmin olduğunu bildirdi ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsində prokurorluq orqanları, o cümlədən Xətai Rayon Prokurorluğu qüvvələrini heç zaman əsirgəməyəcəklər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Tədbirdə geniş məruzə ilə çıxış edən Xətai rayon prokuroru Yusif İldırımzadə qeyd etdi ki, Azərbaycan Prokurorluğu 100 illik fəaliyyəti dövründə şərəfli yol keçmişdir. Müstəqil Azərbaycan dövlətinin prokurorluq orqanlarının tarixinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etdiyini bildirən natiq qeyd etdi ki, ötən 100 ildə ölkəmizin prokurorluq orqanları qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydalarının qorunmasına xidmət edən orqana çevrilməklə zəngin inkişaf yolu keçib. Amma bu yolun ən parlaq inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərə, xüsusilə onun 1993-cü ildə müstəqil Azərbaycanın dövlət idarəçiliyinə qayıdışından sonra başlanıb. Həmin dövr, sözün əsl mənasında, prokurorluq orqanlarının fəaliyyətində yeni bir mərhələdir.

Çıxışda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən də geniş söhbət açıldı. Qeyd edildi ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması nəticəsində prokurorluq orqanlarının fəaliyyəti və strukturu son dərəcə təkmilləşdirilmiş, kadr potensialı gücləndirilmiş, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlıqlarının artırılması, habelə əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.

##relatedPostMilli##

Toplantıda çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov, icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Pənah İmanov və başqaları prokurorluğun 100 ildə keçdiyi inkişaf yolu, prokurorluq orqanlarında qanunçuluğun qorunmasını, cəmiyyətdə bu dövlət təsisatına ictimai etimadın artdığını, nüfuzunun yüksəldiyini xüsusi qeyd edərək bu orqanlarda çalışan əməkdaşlara yeni-yeni nailiyyətlər arzuladılar.

Sonda rayon prokurorluğunun fərqlənən bir neçə əməkdaşına Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edildi.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar