Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident fərmanından sonra icra başçılarının “qoçu dəstələri” “buraxılacaqmı”? - Günün sualı

Prezidentin şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərmanından sonra icra hakimiyyətləri yenə tikinti işləri üzərində monopoliyaya sahib olacaqlar?

“Vaxtı ilə Nəqliyyat Nazirliyi oxşar kiçiltmələrə məruz qaldığı kimi, indi də Bakı Şəhər İcra Hakimiyyəti kiçilməyə məruz qalır”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli dünən Prezidentin şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərmanı PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanla müəyyən edilir ki, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir.

Aydındır ki, tikinti şirkətləri, həmçinin vətəndaşlar icra hakimiyyətləri ilə razılaşıb tikintiyə başlayırdılar. Və bu tikintiyə başlamaq izni vermək üçün icra hakimiyyətlərinin başçıları vətəndaşlardam küll-miqdarda rüşvət tələb edirdi. Hətta Bakı ətrafında tikintiləri nəzarətdə saxlamaq məqsədi ilə bir sıra icra hakimiyyətlərinin başçıları “qoçu dəstələri” saxlayır və bu “qoçu dəstələri” heç bir hüquqi əsas olmadan vətəndaşlara qarşı zor tətbiq etməkdən belə çəkinmirdilər. Qəqribədir ki, icra baçşıların “qoçu dəstələri” vətəndaşları döymələrinə, evlərini uçurmalarına baxmayaraq heç bir halda məsuliyyətə cəlb edilmirdilər. Və bu “qoçu dəstələri”nin üzvləri açıq şəkildə müvafiq icra başçılarının təlimatlarını yerinə yetirdiklərini bildirdrdilər.

Bu fərmandan sonra icra hakimiyyətlərinin tikinti işlərinə qanunsuz müdaxiləsinin və bu müdaxilədən doğan bir çox neqativ halların qarşısın almaq mümkün olacaqmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirliyə müraciət edib.

Nazim Bəydəmirli: “Ümid edirəm ki, Mənzil Məcəlləsinə uyğun olaraq vətəndaşlar hüdürlüyü 12 metrdən yuxarı olmayan evləri müvafiq quruma xəbərdarlıq edərək tikə biləcəklər”.

Bu sahədə rüşvət alan qurumların nəhayət ki, qanuna hörmət edəcəklərinə ümid edən ekspert əlavə edib ki, Azərbaycan reallığında bunun qeyri-mümkün olduğunu da bilir. Çünki elə həmin dövlət qurumlarında işləyən işçilərin maaşları çox aşağı səviyyədədir:

“Əvvələr də tikinti işlərinin başlanılması üçün Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq şöbəsinin rəyi lazım olurdu. İndi isə sərəncamla bu rəy Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Bunu mən müsbət addım kimi qiymətləndirirəm. Amma ümid edirəm ki, bu fərmandan sonra Mənzil Məcəlləsinə uyğun olaraq vətəndaşlar hüdürlüyü 12 metrdən yuxarı olmayan evləri müvafiq quruma xəbərdarlıq edərək tikə biləcəklər. Qanunvericiliyə görə hündürlüyü 12 metrdən hündür olmaya bu və ya digər tikintilər, ancaq xəbərdarlıq edilərək tikilməlidir. Və yaxud da 30 gün ərzində xəbərdarlığa rəy verilmirsə, bu tikintiyə razılıq kimi qiymətləndirilir. Mən çox arzu edirəm ki, bundan sonra məmurlar qanunlara əməl etsinlər.

Əslində tikinti sahəsində əhalinin əsas narazılığı heç də sənədlərin qaydasında olub-olmamasından deyildi. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsi, rayon İcra Hakimiyyətlərinin birbaşa strukturları, Mənzil İstismar Sahəsi də daxil olmaqla bu qurumların hamısı qanuni əlində mülkiyyət hüququ olan torpaqlara, o cümlədən mülkiyyət hüququ ilə təsdiq olunan Bakı ətrafında fərdi yaşayış evi tikə bilənlərə istədikləri zaman müdaxilə edirdi lər ki, bu da xalqın ciddi narazılığına səbəb olurdu. Bəzi icra başçıları isə Bakı ətrafında tikintiləri nəzarət altında saxlamaq üçün dəstələr yaradır və müxtəlif səbəblərdən vətəndaşlara qanunsuzluq altında tələblər irəli sürürdülər. Əslində maraqları rüşvət almaqdan ibarət olan bu qurumlar, əhalini çox incidirdilər. İnanmaq istərdim ki, nəhayət ki, bu qurumların rəhbərləri qanuna hörmət edəcəklər.

Nazim Bəydəmirli: “Görünən odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin müxtəlif səlahiyyətləri əlindən alınaraq başqa qurumlara verilir”.

Mən buna ümid etmək istəyirəm. Amma Azərbaycan reallığında bunun qeyri-mümkün olduğunu bilirəm. Çünki elə həmin yeni yaradılan dövlət agentliyində işləyən işçilərin maaşları çox aşağı səviyyədədir və bu da onu deməyə əsas verir ki, həmin işçilər əlavə gəlir əldə etmək üçün müxtəlif yollara əl atacaqlar. Həmçinin Azərbaycan iqtisadiyyatında mənfi tendensiyalar aradan qalxamayana qədər hər hansı bir səlahiyyətin bir qurumdan başqa quruma verilməsi heç də problemləri həll etməyəcək.

Görünən odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin müxtəlif səlahiyyətləri əlindən alınaraq başqa qurumlara verilir. Vaxtı ilə Nəqliyyat Nazirliyi oxşar kiçiltmələrə məruz qaldığı kimi, indi də Bakı Şəhər İcra Hakimiyyəti kiçilməyə məruz qalır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar