Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ən az kiberhücumlara məruz qalan ölkələr sırasındadır

Azərbaycan korporativ istifadəçilərin veb üzərindən ən az kiberhücumlara məruz qalan ölkələr sırasındadır

Cari ilin yanvar-iyul aylarında bu göstərici cəmi 16,1% təşkil edib.

Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu barədə “Kaspersky Lab”ın MDB ölkələrində kibertəhdidlər üzrə 2018-ci ilin ilk 7 ayının yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabat dövründə Tacikistanda korporativ istifadəçilərin 24%-i kiberhücumlara məruz qalıb. Qırğızıstanda bu göstərici 23,4%, Belarusda - 23%, Ukraynada - 21,5%, Rusiyada - 19,4%, Ermənistanda - 19%, Qazaxıstanda - 18,9%, Moldovada - 16,7%, Türkmənistanda isə 12,6% təşkil edib. Göründüyü kimi, Azərbaycan korporativ istifadəçilərin veb üzərindən hücuma məruz qalan ölkələr sırasında 9-cu yeri tutur.

“Kaspersky Lab”ın RusiyaMDB üzrə icraçı direktoru Sergey Zemkovun sözlərinə görə, Azərbaycan üzrə aşağı göstərici ölkədə korporativ istifadəçilərin daha yaxşı qorunduğundan xəbər verir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

O hesab edir ki, Azərbaycanda şirkətlər öz təhlükəsizlik səviyyələrinin artırılması üzrə aktiv iş aparırlar. Lakin, təəssüflər olsun, fərdi seqmentdə və kiçik və orta sahibkarlıq sahəsində piratçılıq səviyyəsi hələ də yüksəkdir:

“Kiçik ölkələrdə qlobal internet trafikin giriş nöqtələrinin sayı az olması səbəbindən yüksək səviyyəli təhlükəsizliyi təşkil etmək elə də çətin deyil. Məsələn, Türkmənistanda veb-təhdidlər ümumiyyətlə yoxdur. Belə ki, bu ölkə qlobal şəbəkədən təcriddir və veb-təhdidlər informasiyanın köçürülməsi şəklində xarici daşıyıcılar vasitəsilə əmələ gəlir”.

pia.az


Etiket: Kiberhücum

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar