Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İtaliya B Seriyası dayandırıldı

İtaliya futbolunda maraqlı hadisə yaşanıb

Milli Olimpiya Komitəsi komanda sayı az olduğu üçün B Seriyasının müvəqqəti olaraq dayandırılmasına qərar verib.

Adətən hər il çempinatda 22 klub iştirak edir. Mövsümün əvvəlində "Bari", "Avellino" və "Çezena" müflis olduğundan B Seriyasında 19 komanda qalıb.

Fürsətdən istifadə edən C Seriyası təmsilçiləri - "Pro Verçelli", "Kataniya", "Syena", "Novara" və "Ternana" sözügedən klubları əvəzləmək üçün məhkəməyə müraciət edib. Məsələyə sentyabrın 21-də, xüsusi komissiyanın iclası zamanı aydınlıq gələcək.

Qeyd edək ki, B Seriyasında artıq 3 tur keçirilib. (qol.az)

pia.az

Şərh yazın.

loading...