Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin vurulmuş təyyarəyə görə cavab tədbirlərindən danışdı

Rusiya prezidenti Vladimir Putin Suriyada İl-20 təyyarəsinin məhvini 2015-ci ildə türk hərbçilərinin Su-24 təyyarəsini vurması ilə müqayisə etməməyə səsləyib

Rusiya dövlətinin başçısı İl-20 təyyarəsinin vurulmasını “faciəvi hadisələrin zənciri” adlandırıb.

“Məlum hadisələrlə, türk qırıcısının bizim təyyarəmizi vurması ilə bağlı müqayisəyə gəldikdə isə, o, hər halda başqa vəziyyət idi.

Burada, görünür, təsadüfi, faciəvi zəncirlər halqası yer alıb”, - deyə Putin bildirib.

Rusiya və İsrail arasında diplomatik qalmaqal Rusiyalı lider bəyan edib ki, ölkəsinin İl-20 təyyarəsinin vurulmasına cavabı Suriyadakı rusiyalı hərbçilərin əlavə təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələcək və hər kəs bu tədbirləri görəcək.

“Cavab tədbirlərinə gəldikdə, onlar ilk növbədə Suriya Ərəb Respublikasındakı hərbi qulluqçularımız, obyektlərimizin əlavə təhlükəsizliyinin təmin olunmasına yönələcək”, - deyə dövlət başçısı əmin edib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi İl-20 radioelektron mübarizə təyyarəsinin vurulduğunu bəyan edib. Hadisə İsrailin F-16 qırıcılarının Suriyanın Latakiya əyalətinə hücumu zamanı baş verib. Təyyarənin göyərtəsində olan 15 nəfər həlak olub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu baş vermiş hadisədə İsraili günahlandırıb. Belə ki, İsrail tərəfi həmin gün ərazidə əməliyyat keçirəcəyi barədə Rusiyanı məlumatlandırmayıb və nəticədə, suriyalı hərbçilər havadakı İsrail qırıcılarını rus təyyarəsi ilə səhv salaraq, sonuncunu raketlə vurublar. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar