Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT insan inkişafı indeksini açıqladı

Azərbaycan 189 ölkə arasında 80-ci, Ermənistan isə bizdən üç pillə geridədir

Azərbaycan İnsan İnkişafı İndeksinə (İİİ) görə 189 ölkə arasında 80-ci yerdədir. İndeksi BMT-nin İnkişaf Proqramı açıqlayıb. Bu indeksə insan inkişafının durumunun təhlili daxildir – indiki durumdan tutmuş, insan inkişafı indikatorlarının uzunmüddətli tendensiyalarına qədər. İndeks səhiyyə, təhsil və gəlirlilik üzrə ölkələrin uğurlarını ölçür.

İİİ-nin başında Norveç, İsveçrə, Avstraliya, İrlandiya və Almaniya durur. Ən aşağı yerləri isə Niger, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan, Çad və Burundi tutub.

Qonşulardan Rusiya 49, İran 60, Gürcüstan 70, Ermənistan 83-cü yerdədir.

Birləşmiş Ştatlar 13-cüdür. 189 ölkədən 59-u ən yüksək inkişaf qrupunda, 38-i ən aşağı qrupdadır. Səkkiz il öncə bu rəqəmlər uyğun olaraq 46 və 49 idi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Azərbaycan insan inkişafı indeksinə görə ən yüksək deyil, yüksək qrupda yer alıb. Bu ölkədə orta ömür uzunluğu 72,1 ildir. Adambaşına düşən ümumi milli gəlir 15 min 600 dollardır.

İndeksdə ölkələr üzrə gender bərabərliyini əks etdirən statistika da yer alıb. Məsələn, qeyd olunur ki, parlamentdəki yerlərin cəmi 16,8 faizini qadın deputatlar tutub.

Əmək bazarında qadınların iştiraklılıq göstəricisi 62,9, kişilərinki 69,5-dir.

Azərbaycanda rəyi soruşulanların 57 faizi təhsilin, 38 faizi səhiyyənin, 57 faizi həyat səviyyəsindən razılığını bildirib. Qadınların 63, kişilərin 87 faizi özünü təhlükəsiz hesab edir.

Seçim azadlığına gəlincə, qadınların 69, kişilərin 67 faizi bu hüququndan məmnun olduğunu dilə gətirib.

Ümumilikdə isə, Azərbaycanda həyatından məmnunluq indeksi 5,2-dir. Bu göstərici 0-10 ballıq şkala üzrə dəyərləndirilir.(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar