Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dabo: “Hələ belə qol vurmamışdım”

"Neftçi"nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib

Komandanın çempionluq uğrunda mübarizə apardığını bildirən fransalı futbolçu bu yolda əsas rəqiblərininin "Qarabağ" və "Qəbələ" olacağını deyib.

- Baqali, "Keşlə" ilə son oyundan başlayaq. Bu qələbə haqqında nə deyə bilərsiniz?

  • Belə matçlarda qalib gəlmək ikiqat vacibdir. Çünki belə çətin qələbələr komandanın ruhuna, mənəvi vəziyyətinə müsbət təsir göstərir. Ən önəmlisi üç xal idi, onu da qazana bildik.


- Sonuncu dəfə boş qapıya nə vaxt qol vurmusunuz?

- Sözün düzü, yadımda deyil. "Keşlə" hesabı bərabərləşdirmək istəyirdi. Son dəqiqədə qapıçıları da irəli atıldı. Mən isə Mirabdulladan ötürmə alıb qapıya zərbə endirdim. Fikrimcə, hələ belə qol vurmamışdım.

- Komandaya tam uyğunlaşdığınızı demək olarmı?

- Təbii. Özümü burada əla hiss edirəm.

- Hazırda "Neftçi"nin ən məhsuldar futbolçususuz. Mövsümün sonunda bu statusu qorumaq sizin üçün nə qədər vacibdir?

- Zərrə qədər də vacib deyil. Mənim üçün ən önəmlisi komandanın qələbələridir. O qələbələri kimin qollarının gətirməsi artıq ikinci dərəcəli məsələdir.

- "Zirə" ilə oyundan nə gözləyirsiz?

- Yalnız qələbə. Çempion olmaq istəyirsənsə, yalnız qələbə haqda düşünməlisən.

- 4 turdan sonra lider mövqeyində qərarlaşan "Neftçi" çempionluq iddiasını ortaya qoyub. Sizcə, bu mübarizədə komandanın ən böyük rəqibləri kimlər olacaq?

- Tam razıyam ki, "Neftçi" bu mövsüm ancaq ən yüksək yer uğrunda mübarizə aparır. Məncə, əsas rəqiblərimiz "Qarabağ" və "Qəbələ" olacaq.(milli.az)

pia.az


Etiket: Baqali Dabo Qol

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar