Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağda böyük müharibənin başlanması mümkündürmü?

Politoloq: “Azərbaycan 2019-cu ildə Qarabağı azad etməlidir. Məncə proses gec-tez müharibəyə doğru gedir”

Ermənistanda vəziyyətin nəzarətdən çıxması üçün ya Azərbaycan Qarabağı qaytarmalıdır, ya da Rusiya Ermənistanda hərbi çevriliş etməlidir”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü siyasətin olacaq nəticələrini PİA.az-a şərh edərkən “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli söyləyib.

Ermənistanda Rusiya əleyhinə ritorika səngimək əvəzinə, hər gün daha da güclənməkdədir. Baş nazir Nikol Paşinyan nə qədər bəyan eləsə də ki, Rusiya Ermənistanın strateji müttəfiqi kimi qalacaq, reallıqlar, o sıradan hökumətin nəzarətindəki elektron və yazılı KİV-lərdə artan anti-Rusiya çıxışları və yazılar bunun əksini deyir. Paşinyanın Rusiyaya qarşı səmimiliyi ciddi şəkildə şübhə altına düşür.

Kremldə isə onsuz da yeni erməni hökumətinə şübhəli nəzərlərlə baxırlar. Xüsusən də Moskvanın iki sadiq adamına və sirr daşıyanına - sabiq prezident Robert Köçəryan və Putinin layihəsi olan KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılması, Köçəryanın həbsi, general Xaçaturovun isə pul girovu qarşılığında müvəqqəti azadlığa buraxılmasından sonra Moskva sanki ayılıb. Siyasi müşahidəçilər bu “ayılma”nın ardınca Putinin Ermənistana qarşı real və praktik addımlar atacağını təxmin edirlər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Aydındır ki, Moskvanın mümkün sürprizləri ən çox Paşinyan hakimiyyətini və ona yaxın çevrələri narahat edir. Erməni mediasında gedən yazılardan Rusiyaya münasibətdə ictimai-siyasi rəyin nə yerdə olduğu barədə müəyyən qənaətlər yaranır. Əsas qənaət budur ki, Rusiyadan aralanmaq istəyən nankor ermənilər Rusiyadan həm qorxur, həm də onu qorxutmaq, şantaj eləmək istəyirlər.

Həmçinin Ermənistanın özü də Rusiya kimi işğalçıdır, işğal ortaqlarıdır. İrəvan Azərbaycan torpaqlarını müstəsna olaraq, Rusiyanın hesabına işğal edib və Rusiyanın arxasında gizlənərək bu günə qədər çəkinmədən işğal rejimini davam etdirir. Amma indi belə çıxır ki, Paşinyan iqtidarı həm işğal altındakı əraziləri, Qarabağı özündə saxlamaq, həm də Rusiya ilə yolları ayırmaq istəyir. Bunların ikisi isə eyni vaxta mümkündür?

Erməniləri ən çox təlaşlandıran da budur - qərbyönlü kurs onlara Qarabağdan vaz keçmək hesabına başa gələ bilər. Odur ki, hiyləgərcəsinə Qərbdən imdad diləyir, “Rusiyanı siz neytrallaşdırın”, - deyə car çəkirlər. Ukraynada və Suriyada Rus ayısı ilə çarpışan Qərbin isə hazırda Cənubi Qafqazda da, yəni belə demək mümkünsə, Ukraynadan və qismən Gürcüstandan sonra bir daha Rusiyanın “evinin içində” Moskva ilə çarğışmaq kimi bir lüksü yoxdur və yəqin ki, yaxın illərdə olmayacaq da. Qərb üçün hələlik Gürcüstan və Ukrayna yetər.

Yəni ilk növbədə erməni xalqının özü Rusiya əsarətinə qarşı çıxmalı və bunu nəticələrinə də qatlanmalıdır. Hazırda Paşinyan hakimiyyətinin üzləşdiyi situasiya da məhz budur. Bu isə təbii olaraq həm Paşinyan hakimiyyətini, həm də Rusiya meylli Ermənistan müxalifətini ciddi şəkildə narahat etməkdədir...

Bu durumda Dağlıq Qarabağda böyük müharibənin başlanmasını isə istisna etmək olmaz. Müharibənin başlanmasına isə təbii ki, Paşinyan hakimiyyətinin hazırda atdığı kor-koranə addımlardır.

Dağlıq Qarabağ Ermənistanda yaranmış vəziyyətlə bağlı PİA.az “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Əhəd Məmmədli: “Yaranmış siyasi situasiya Dağlıq Qarabağ ətrafında böyük müharibəni başlada bilər”.

Politoloqla kiçik müsahibəni oxucularımızın diqqətinə cəlb edirik:

- Əhəd bəy, hazırda Ermənistandakı daxili vəziyyəti necə dəyərləndirirsiz? Bəziləri iddia edir ki, Ermənistan sürətlə vətəndaş müharibəsinə doğru gedir. Siz bu fikirləri bölüşürsünüz?

- Hazırda Ermənistan da vəziyyət qeyri-sabitdir, gərgindir. Amma hələlik vətəndaş müharibəsindən danışmaq tezdir.

- Ermənstanda siyasi situasiya nəzarətdən çıxarsa, bu regiona necə təsir edə bilər?

- Ermənistanda vəziyyətin nəzarətdən çıxması üçün ya Azərbaycan Qarabağı qaytarmalıdır, ya da Rusiya Ermənistanda hərbi çevriliş etməlidir. Hər ikisinin də hələlik ehtimalı azdır.

- Robert Köçəryanın siyasətə qayıtması Ermənistanda və bötövlükdə Dağlıq Qarabağ ətrafında hansısa dəyişikliklərə yol aça bilərmi? Və Rusiyanın dəstəyi ilə Köçəryanın hakimiyyətə qayıtmasını mümkün hesab edirsinizmi?

- Köçəryanın siyasətə qayıtması Ermənistanda vəziyyəti daha da gərginləşdirəcək. Rusiya Köçəryanı hakimiyyətə qaytarmaq üçün cəhdlərdə edə bilər. Lakin Ermənistan ermənilərinin yenidən İrəvanda hakimiyyətə Qarabağ ermənilərinin qayıtmasına imkan verəcəyinə inanmıram. Ermənistan erməniləri ilə, Qarabağ erməniləri arasında çox böyük bir uçurum yaranıb.

Əhəd Məmmədli: “Rusiya Ermənistan tərəfindən Azərbaycana qarşı müharibəyə qoşulsa və Türkiyədə Azərbaycanın köməyinə gəlsə, bu ən təhlükəli ssenaridir”.

- Yaranmış siyasi situasiyada Dağlıq Qarabağ ətrafında böyük müharibə başlaya bilərmi? Və sizin fikrinzcə hazırkı şərtlərdə belə bir müharibə regiona nə vəd edir?

- Yaranmış siyasi situasiya Dağlıq Qarabağ ətrafında böyük müharibəni başlada bilər. Azərbaycan blits-kriq edə bilsə, regiona nəhayət ki, sülh gələ bilər. Azərbaycan Ermənistanında ərazilərinə daxil olsa, bu regionda yeni situasiya yaradacaq. Azərbaycan bir neçə rayon alıb dayansa, üstün tərəf olacaq, amma Rusiyanın şantajı və təzyiqindən qurtulmayacaq və tam şəkildə ərazi bütövlüyünə yenə də qovuşmayacaq.

Rusiya Ermənistan tərəfindən Azərbaycana qarşı müharibəyə qoşulsa və Türkiyədə Azərbaycanın köməyinə gəlsə, bu ən təhlükəli ssenaridir. Düzdür sonuncu ehtimalın ən azı indiki şərtlərlə baş verməsinin ehtimalı azdır.

Görüdüyünüz kimi bir neçə ssenari var. Bu ssenarilərin ən təhlükəsizi Rusiyanın razılığı ilə, Azərbaycanın torpaqlarını azad etməsidir. Və bundan sonrada Azərbaycaın KTMT və Avrasiya İttifaqına üzv olmasıdır.

Düzdür bu da hələ real görünmür. Amma istənilən halda Azərbaycan bütün gedişatlara hazır olmalıdır. Düşünürəm ki, gələn il Qarabağın azad edilməsində Azərbaycan üçün dönüm ili ola bilər. Azərbaycan 2019-cu ildə Qarabağı azad etməlidir. Məncə proses gec-tez müharibəyə doğru gedir.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Ən çox oxunanalar