Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Əgər, Rusiya və İran İdlibə hücum edərsə,...”

PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdənin yazısını təqdim edir

Suriya üzrə Rusiya, Türkiyə və İran prezidentlərinin Tehran sammitində Türkiyəni küncə sıxışdırmaq siyasəti uğurlu alınmadı. Sammitdə Putin və Ruhaninin Ərdoğanın İdlibdəki böhranla əlaqədar atəşkəs çağırışlarını nəzərə almamaları, Astana formatını fiaskoya uğradmağa doğru gedirdi. Qeyd edim ki, Astana danışıqlarına əsasən İdlibdə atəşkəsə nəzarət mexanizminə Türkiyə nəzarət edir. 12 müşahidə postla və hərbi kontingentlə Ankaranın Suriyada əsas siyasi istinad nöqtəsidir.

Qeyd edim ki, Suriyanın İdlib şəhəri müxalifətin və terrorçuların nəzarətində olan son məntəqədir . Rusiyaİran İdlibdə hərbi əməliyyat keçirərsə, bu şəhəri Bəşər Əsədin nəzarətinə verməklə, Suriyada strateji qələbə əldə etməyə planlaşdırırdı. Tehran konfransında Rusiyaİranın kəskin mövqeyinə qarşı Qərb ölkələri Türkiyəni İdlib məsələsində dəstəklədi. Bu da rəsmi Ankaranın manevr imkanlarını genişləndirdi.

Əgər, Rusiyaİran İdlibə hücum edərsə, NATO raketlərlə təchiz olunmuş hərbi donanması ilə İdlib hücumuna adekvat cavab verərək, Dəməşqi və digər strateji nöqtələri, həmçinin İranın Suriyada bazalarını raket atışı ilə vuracaqdı. Bundan əlavə, Türkiyə də öz hərbi kontingentini ilə İdlib ətrafına cəmləşdirməklə, Əsəd qüvvələrinə əks zərbə vuracaq.

Göründüyü kimi, Türkiyə və Qərbin eyni mövqedə olması, İranRusiyanı İdlibdə hərbi əməliyyatlarından çəkindirdi. İran rəsmən bəyan etdiki İdlib əməliyyatında iştirak etməyəcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Soçidə Ərdoğan və Putin danışıqlarında tərəflər ortaq məxrəcə gəldi. Xüsusi ilə Putin Ərdoğanın atəşkəs təklifini qəbul etdi. Ərdoğanın Soçidə Putin qarşısında mövqeyini gücləndirən əsas amil Qərbin bu məsələdə Türkiyəyə dəstək verməsi, NATO-nun raketlərlə təchiz olunmuş hərbi donanmasının mümkün zərbələrə hazırlaşmasıdır.

Göründüyü kimi, Qərb Rusiyanın hərbi bazasının yerləşdiyi Tatrus və Latakiyə limanlarına raket zərbələri endirib. ABŞ-n təlimatı ilə İsraildə F-16 təyyarələrlə Latakiya və Tatrusa hücumlar təşkil edib. Nəticədə Suriyanın hərbi və strateji obyektləri dağıdılıb. Bu hücumlar Rusiyaİranı mümkün İdlib hərbi əməliyyatlarından çəkindirən faktor kimi qiymətləndirilməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə görüşü də uğurlu saymaq olar. Qərb və Türkiyə müxalifətin son qalası olan İdlibi Əsədin nəzarətinə vermək istəmir. Rusiyada İdlibin sona qədər müxalifətin nəzarətində qalmasına təhəmmül etməyəcək. Demək, İdlib potensial müharibənin hər an alovlana biləcək mərkəzi kimi öz ciddiyətini qoruyacaq.

İdlibdə "mini dünya müharibəsinin" başlanması, Bəşər Əsədin fiziki məhv olması ilə nəticələnə bilərdi. Rusiyaİran real təhlükəni qiymətləndirməklə, bir növ Türkiyənin şərtlərini qəbul etmiş oldu.
Hazırda Suriyada iştirak edən əks qüvvələrin birbirlərinə qarşı hücumlar və əzələ nümayişi hər keçən gün təhlükəli hal alır. Rusiyanın hərbi nəqliyyat təyyarəsinin Soçi danışıqları ərəfəsində Latakiya üzərində yoxa çıxması, bir növ Putinə Qərbin mesajıdır. Soçi görüşü Suriyada heçdə sülhə apara biləcək bir gedişat deyil. Türkiyə və Rusiyadan fərqli olaraq, Suriyada kənar oyunçular yeni müharibənin alovlanmasında maraqlıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar