Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan və Putinin İdlib anlaşması – Türkiyə İdlibdə müxalifət-terrorçu problemini həll edə biləcək?

Politoloq: “Bu razılaşmanın birinci əhəmiyyəti odur ki, Türkiyə ilə Rusiya arasında qarşılıqlı inam artır”

“Əgər Türkiyə ilə Rusiya arasında razılaşdırılan bu plan pozularsa, bu zaman Türkiyə Rusiya münasibətləri çox ağır zərbə görəcək”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu dünən Soçidə keçirilən Putin-Ərdoğan görüşündə İdliblə bağlı əldə olunan razılaşmanı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Soçidə baş tutan görüşdə tərəflər Suriyanın İdlib şəhərində sülh və təhlükəsizliyə dair müzakirə aparıblar. Ərdoğan hələ görüşdən qabaq çıxışı zamanı Soçi görüşünün əhəmiyyətinə diqqət çəkib. “Siyasi, hərbi və iqtisadi sahələrdə fikir mübadiləsi apardıq və bir sıra razılıqlar əldə olunub Soçidən veriləcək bəyanat inanıram ki, bölgəyə də çox fərqli ümid gətirəcək”, – deyə Ərdoğan bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Putin isə bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər müsbət yöndə inkişaf etməkdədir. “Əlaqələrimiz yüksək səviyyədə müsbət istiqamətdə inkişaf edir. İqtisadi-ticarət əlaqələrimiz intensiv şəkildə böyüyür. Eyni zamanda, xüsusilə regionda və beynəlxalq arenada təhlükəsizlik məsələlərində sıx əlaqələrimiz var. Problemlər çoxdur. Sizi Soçidə görməyimə şadam. Təkcə ona görə yox ki, biz fikir mübadiləsi aparacğıq, həm də ona görə ki, bu məsələrin həlli yollarını axtaracağıq”, – deyə Putin qeyd edib.

Görüçdən sonra prezidentlər bildirib ki, başda Suriya məsələsi olmaqla bir sıra mövzuları müzakirə ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanRusiya prezidenti Vladimir Putinin mətbuata birgə bəyanatla çıxış ediblər.

Ərdoğan bildirib ki, İdlibdə silahsız bufer bölgə yaradılması qərara alınıb. Müxaliflər əvvəlki kimi İdlibdə qalacaq. Ancaq ağır silahları buraxacaqlar. Eyni zamanda Hələblə sərhəddən geri çəkiləcəklər. Əsəd rejiminin nəzarətində olan ərazilərin sərhəddində 15-20 km-lik bufer bölgəyə isə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcək.

Ərdoğan Suriya məsələsinin Tehranda müzakirə edildiyini xatırladıb və Türkiyənin narahatlığını orada qabartdığını bildirib: “İdliblə bağlı qarşılıqlı narahatlıqlarımız istiqamətində önəmli məsafə qət etdik. Oradakı müxaliflərlə rejimin nəzarətindəki zonada təhlükəsiz bir sahə formalaşdırılacaq. Müxaliflər olduqları yerdə qalacaqlar. Rusiya İdlibin təhlükəsiz bölgəsinə hücum edilməməsi məsələsində gərəkli təminatı göstərəcək. Koordinasiyala patrul xidməti həyata keçiriləcək. Türkiyə müşahidə məntəqələrini artıracaq”.

Ərdoğanın sözlərinə görə, İdlibdən böyük bir köçün qarşısına keçməyə çalışırlar: “Bu, Türkiyənin yeni yüklə qarşılaşmaması ilə yanaşı, Rusiya və digər ölkələr üçün də böyük qazancdır. Suriyanın torpaq bütövlüyünə əsl qəsdi edən YPG/PYD-dir. Fəratın şərqindəki terror bataqlıqlarının qurudulması gərəkdir. Biz Afrin və Fərat əməliyyatı ilə addımlar atdıq. Oxşar addımlar YPG/PYD-nin nəzarəıtindəki bölgələrdə də atılmalıdır”.

Təkbətək görüşdən əvvəl həmçinin Rusiya prezidenti Vladimir Putin də fikirlərini bölüşüb. Putin Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişaf etdiyini bildirib: “Münasibətlərimiz iqtisadi cəhətdən sürətli templə böyüyür. Bölgənin təhlükəsizliyi baxımından da münasibətlərimiz inkişaf edir. Müzakirə ediləcək çox mövzu var. Bəziləri qarışıq məsələlərdir. Bunları həm nəzərdən keçirəcək, həm də həll yollarını axtaracağıq”.

Vladimir Putin bildirib ki, Ərdoğanla İdlib məsələsində ciddi və razılaşdırılmış qərarla bağlı razılaşma əldə etdik. Rusiya prezidenti türkiyəli həmkarı ilə konstruktiv danışıqlar keçirdiyini bildirib: “Orada yaşam məsələsinin yaxşılaşdırılması üçün birgə çalışırıq. İdliblə bağlı da birgə işbirliyi içindəyik. İdliblə bağlı cox vacib razılıq əldə etdik. Biz narahatlığımız İdlibdə olan döyüşçülərin xüsusi ilə Hələbə hücum etməsidir. Bundan başqa, rus bazalarına da oradan təhlükələr var. Bu gün bu məsələləri də detallı müzakirə etdik. Və qərar aldıq ki, 15 oktyabra qədər bu bölgə silahsızlaşdırılsın. Əl Nüsra döyüşçüləri bu bölgədən çəkiləcək. Bəli, cənab Ərdoğanın təklifi ilə o bölgədən ağır silahların çəkilməsinə qərar verdik. Bununla da bütün müxalif qruplar silahlarını oradan çıxaracaq. O bölgəyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcəklər”.

Bu razılaşma Türkiyənin Suriyada əsas oyunçulardan birinə çevrilməsinə dəlalət edirmi və Türkiyənin Suriyadakı maraqlarına Rusiyanın qarşılıq verməsi hansı zərurətdən irəli gəlir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Rusiya hal-hazırkı Suriyada bütün məsələləri həll etmək gücündə olmadığı üçün bəzi dövlətlərə dözdü, bəzi dövlətlərlə isə əməkdaşlıq etdi”.

Əgər İdlibdəki vəziyyəti Soçidə keçirilən 4 saat yarımlıq görüşdə əldə olunmuş razılaşma ilə həll edə bilməyəcəklərsə, Türkiyə Rusiya münasibətlərinə çox ciddi zərbə dəyəcəyini vurğulayan politoloq Mübariz Əhmədoğlu PİA.AZ-a açıqlamasında qeyd edib ki, bu işdə daha çox Türkiyə itirə bilər:

“Bu razılaşmanın birinci əhəmiyyəti odur ki, Türkiyə ilə Rusiya arasında qarşılıqlı inam artır. Həmçinin də bu razılaşma Putinlə Ərdoğan arasındakı münasibətlərin üstün olduğunu göstərir. Hal-hazırda bu iki nəticə ən vacibdir.

Suriyanın daxilində gedən proseslərə gəlincə isə onu deyə bilərəm ki, normal insan belə fikirləşir ki, əgər problemin davasız, müharibəsiz həlli varsa, elə müharibəsiz həll olunsun. Mən də düşünürəm ki, əgər İdlibdə baş verənlərin dinc yolla həlli yolu varsa, bu vasitə ilə həll olunması yaxşıdır. Onu da qeyd edim ki, Ərdoğan İdliblə bağlı üzərinə çox böyük məsuliyyət götürdü. Çünki Rusiya hərbiçiləri Türkiyə ilə Suriyanın sərhəddində, 10-15 km məsafədə dayanacaq. Daha içəri doğru Türkiyə hərbiçiləri gedəcək ki, orada müxalifətlə terrorçuları bir-birindən ayırsın.

Türkiyənin fikrincə Suriyadakı müxalifət fəaliyyət göstərməlidir. Həmçinin Türkiyə və Suriya müxalifətlə terrorçuları ayırandan sonra ayrılmış terrorçuları birlikdə məhv edəcəklər. İndiki plan belədir və bu plan bu günkü gün üçün normaldır. Arzulayıram ki, bu plan axıra qədər də normal işləsin.

Mübariz Əhmədoğlu: “Əgər Rusiyanın Suriyadakı bütün məsələləri həll etmək imkanı olsaydı, bu zaman Rusiya ABŞ-ı da, İranı da, Türkiyəni də oradan qovmuşdu”.

Amma onu da qeyd edim ki, əgər Türkiyə ilə Rusiya arasında razılaşdırılan bu plan pozularsa, bu zaman Türkiyə Rusiya münasibətləri çox ağır zərbə görəcək. Bildiyimiz kimi İsrail və Qərb Suriya ərazisinə keçirdikləri hücümlarla, Rusiya təyyarəsinin vurulması ilə elə şərait yaratdılar ki, istər-istəməz Rusiya ilə Türkiyə arasında işin başlanğıcı bir az qaranlıq olsun. Bir daha qeyd edim ki, əgər İdlibdəki vəziyyəti Soçidə keçirilən 4 saat yarımlıq görüşdə əldə olunmuş razılaşma ilə həll edə bilməyəcəklərsə, Türkiyə Rusiya münasibətlərinə çox ciddi zərbə dəyəcək və bu işdə daha çox Türkiyə itirə bilər.

##relatedPostMilli##Rusiya indiki vəziyyətdə Suriyadakı bütün sualların cavabların bilmir. Həm də Rusiya Suriyada bütün məsələləri axıra qədər həll edə bilmir. Əgər Rusiyanın Suriyadakı bütün məsələləri həll etmək imkanı olsaydı, bu zaman Rusiya ABŞ-ı da, İranı da, Türkiyəni də oradan qovmuşdu. Hal-hazırda Rusiyanın Suriyadakı problemləri həll etmək imkanı yoxdur.

Söhbət təkcə hərbidən getmir. Orada humanitar problemlərin həlli məsələsi var ki, bu da Rusiyanın tək başına həll edəsi məsələ deyil. Həmçinin Suriyanın iqtisadiyyatının bərpası var ki, bu da Rusiyanın tək başına bacaracağı məsələ deyil.

Qısa olaraq qeyd edim ki, Rusiya hal-hazırkı Suriyada bütün məsələləri həll etmək gücündə olmadığı üçün bəzi dövlətlərə dözdü, bəzi dövlətlərlə isə əməkdaşlıq etdi. Amma bütün proseslərin sonunda, yəni 20 ilə və yaxud da neçə ilə görünəcək ki, Suriyada yalnız Rusiya qalacaq. Çünki Rusiyanın iddiası belədir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar