Çərşənbə, 26 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Rza İbadovu Bakıya qaytaran səbəb nədir?

Onun növbədənkənar parlament seçkilərində iştirak etmək iddiasında olduğu bildirilir

Keçmiş deputat özünü tam təmizə çıxara və iddialarını təmin edə biləcəkmi, bunu zaman göstərəcək?

Yerli medianın yaydığı məlumata görə, keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov yenidən Azərbaycanda peyda olub. Xəbər agentlikləri onun səfərinin şəxsi xarakter daşıdığını bildirsələr də, qəfil gəlişinin səbəbi barədə də dəqiq informasiya verilmir.

Rza müəllimin 2005-ci ildə Milli Məclis seçkilərində Rövnəq Abdullayevə biabırçıcasına məğlub olaraq ölkədən getməsindən sonra onun vətəni ziyarət tarixlərinə ekskurs etsək, görərik ki, əski MM üzvü adətən Azərbaycanda ya ciddi hadisələr ərəfəsində, ya da ki, mühüm hadisələr vaxtı təşrif buyurur.

Xatırladaq ki, yerli mətbuat dekabr ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin baş tutacağını yazır və ölkədə Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı müzakirələrin intensivləşdiyi bir dönəmdə Rza İbadov kimi aktiv siyasi keçmişi olan iddialı bir şəxsin Bakıda görünməsini təsadüf olduğunu ehtimal etmirik.

Məlumatlı oxucularımız xatırlayar ki, Rza müəllim son parlament seçkiləri ərəfəsində də vətəninə qayıtmışdı. Və o zaman da hakimiyyət dairələrinə yenidən mandat sahibi olmaq üçün minnətçi düşmüşdü. Lakin buna baxmayaraq, Rza İbadovun reablitasiyası mümkün olmamışdı. Onun barəsindəki məhkəmə qərarı gec dəyişdirildiyindən YAP-ın keçmiş ağır silahlarından biri və sonradan ölkədən qaçmağa məcbur olan cənab İbadovun arzusu ürəyində qaldı.

Yuxarıda da qeyd etdiyimiz kimi, növbədənkənar parlament seçkiləri barədə söyləntiləri eşidər-eşitməz Rza İbadovun Bakıda peyda olmasını heç də təsadüfi hesab etmək olmaz. Əldə etdiyimiz məlumata görə keçmiş deputat yenidən reablitasiya olunmaq üçün hakimiyyətə minnətçi düşüb və bunun üçün şəxsən özü Bakıya təşrif gətirib.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub. Hakim Yeni Azərbaycan Partiyasının əsas funksionerlərindən biri kimi tanınıb.Mənbə billdirib ki, Bakıya gəlməklə Rza İbadov göstərmək istəyir ki, özünü günahsızdır və hakimiyyətdən də çəkinmir. Çünki qorxacaq heç bir şey etməyib. Bunula da Rza İbadov dolayısı ilə hakimiyyətə sədaqətli olduğunu nümayiş etdirir.

Daha sonra isə o, sürətlə Azərbaycan hakimiyyətinin gözündən düşüb və 2005-ci ildə Böyük Britaniyadan sığınacaq alıb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. Lakin 27 oktyabr 2015-ci il tarixdə isə onun barəsində cinayət işinə xitam verilib.

Keçmiş deputat özünü tam təmizə çıxara və iddialarını təmin edə biləcəkmi, bunu zaman göstərəcək?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Şərh yazın.

loading...