Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu güləşçilər dünya çempionatına yollanır - Siyahı

Slovakiyanın Trnava şəhərində keçiriləcək güləş üzrə gənclərin dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri müəyyənləşib

"Report" Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, bu gün start götürən mundialda əvvəlcə yunan-Roma güləşçiləri mübarizə aparır.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Zülfüqar Əliyev (55 kq), Elşad Məmmədov (60 kq), Kamran Mirzəliyev (63 kq), Ülvü Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Nəzərşah Fətullayev (87 kq) və Sərxan Məmmədov (130 kq) sentyabrın 17-19-da çıxış edəcək.

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi ayın 19-dan 21-dək mübarizə aparacaq. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) Azərbaycanı təmsil edəcək.

Sentyabrın 21-dən 23-dək isə sərbəst güləşçilər qüvvələrini sınayacaq. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin sərəncamında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Röyal Ağamalıyev (65 kq), Xacimurad Qadjiyev (70 kq), Abubakr Abakarov (74 kq), Orxan Abbasov (79 kq), Maqomed Asiyatilov (86 kq), Asxab Həmzətov (92 kq), Orxan Həsənov (97 kq) və Rahid Həmidli (125 kq) yer alacaq.Qeyd edək ki, mundialda Azərbaycanı hakim Sədi Quliyev təmsil edəcək. Dünya çempionatına sentyabrın 23-də yekun vurulacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar