Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın tanınmış müğənniləri Bakıya gələcək

Rusiya estradasının tanınmış müğənniləri Natan və Anna Sedokova Bakıda konsert verəcək

Bu barədə “Dosso Dossi”nin baş direktoru Hikmət Əraslan məlumat verib.

Onun sözlərinə görə, konsert proqramı “Dosso Dossi Fashion Show” sərgisi çərçivəsində “Enerji Club”da baş tutacaq.

H.Əraslan Azərbaycana gəldikləri üçün xoşbəxt olduqlarını söyləyib: “Ötən il “Dosso Dossi”nin moda nümayişi və konsertləri ilə Bakıda bir festival ab-havası yaşadıq. Bu gün biz yenidən Bakıda dostlarımızla birgəyik. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət - bir millət” konsepsiyasına öz töhfəsini verərək Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmləndirəcək”.

Qeyd edək ki, sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirilir. “Flame Towers” hotelinin “Balo” zalında keçirilən sərgidə Türkiyənin 40 tekstil şirkəti öz məhsullarını nümayiş etdirir. Sərgi Türkiyənin məşhur tekstil markaları ilə 30 ölkədən gələn hazır geyim topdansatış nümayəndələrini bir araya gətirir.

Xüsusi hazırlanmış toxuculuq məhsullarını təqdim edəcək stendlər isə Türkiyə və Azərbaycan toxuculuq sənətinin nümayəndələri üçün əhəmiyyətli bir görüş nöqtəsidir. (report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar