Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BVF: ““Brexit” Britaniyanı zəiflədəcək”

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Londonun Avropa İttifaqından (Aİ) çıxacağı təqdirdə Böyük Britaniya iqtisadiyyatının zəifləyəcəyi və hətta daha pis vəziyyətə düşəcəyilə bağlı xəbərdarlıq edib

AzVision.az “Euronews”a istinadən xəbər verir ki, bu barədə Laqard Britaniya iqtisadiyyatının durumuna dair illik hesabatını təqdim edərkən deyib. Onun sözlərinə görə, “Brexit”dən sonra Britaniya iqtisadiyyatı Aİ-nın üzvü olduğu dövrdəkindən daha yaxşı olmayacaq.

Belə ki, əgər “Brexit” müzakirələrində Aİ ilə müəyyən razılıq əldə olunarsa, 2018 və 2019-cu illərdə Britaniya iqtisadiyyatında 1,5 faiz yüksəliş olacaq. Amma Aİ-dan çıxmazsa, bu inkişaf nisbətən çox – 1,75 faiz təşkil edəcək. “Brexit”lə bağlı ümumiyyətlə razılığa gəlinmədikdə isə, Britaniya iqtisadiyyatı böyük zərər görəcək. Laqarda görə, bu, London üçün ən pis ssenaridir.

“Heç bir razılığın əldə olunmaması Britaniya iqtisadiyyatında daralmalara səbəb olacaq. Aİ-dan daha dağıdıcı ayrılma isə daha çox mənfi nəticələrə yol açacaq. Bu məsələdə açıq danışmaq istəyirəm.

Bu günün hamar vahid bazarı ilə müqayisədə, Aİ üzvlüyündən çıxışla bağlı istənilən ssenari Britaniyaya iqtisadi itkilər gətirəcək. Çünki Aİ ilə yeni münasibətlərdəki ticarət maneələri nə qədər geniş olsa, xərclər də bir o qədər çoxalacaq.” – deyə, BVF sədri vurğulayıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar