Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəxri ad almış bir qrup mədəniyyət xadiminə medallar təqdim olunub

Beynəlxalq Muğam Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib

Tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq Azərbaycanda mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb:

"Azərbaycan musiqisi hər zaman xalqımızın qürur mənbəyi olub. Dünyada başqa bir yaradıcılıq növü tanımıram ki, komponentlərin üçü də ayrılıqda bəşəriyyət tərəfindən qorunsun. Bizim muğamımız, tarımız və kamanımız UNESCO tərəfindən qorunur. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub".

Sonra mükafatlar təqdim olunub.

Təltif edilənlər onlar üçün ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub.

Mərasimdə həmçinin Nazirliyin döş nişanlarına layiq görülən şəxslər də təltif edilib.

Qeyd edək ki, fəxri adlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə verilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar