Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan oğlunu Qarabağa siyasi girov kimi göndərib

"Nikol Paşinyan bütün siyasətini Azərbaycanın daxilində və xaricində gedən proseslər üzərində qurub"

"Bakının işğaldan azad edilməsi ilə bağlı keçirilən möhtəşəm hərbi paraddan bir neçə gün öncə Paşinyan öz ağlına uyğun olaraq müharibə ssenarisi qurur, bu ssenaridə Türkiyənin Azərbaycanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin isə Ermənistanın yanında olduğu bildirilir. Lakin Paşinyanın “təlim ssenarisi” Bakıda keçirilən hərbi paraddan və bu möhtəşəm tədbir çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin tarixi mesajlarından sonra alt-üst olur".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, hətta Paşinyana yaxın olan media resurslarının “saçyoldusu” da 100 il öncə baş verən hadisələrin xatırladılması, dinc əhaliyə divan tutan silahlı erməni dəstələrinin məhv edilməsinin yada düşməsi fonunda effektiv nəticə vermir.

Onun sözlərinə görə, Azərbaycanın mülki əhalisinin atəşə tutulması, gərginliyin işğal altında olan ərazilərdəki təmas xəttindən sərhəd bölgəsinə keçirilməsi cəhdi Paşinyanın köməyinə gəlmir:

“Nikol bu dəfə vəziyyətdən çıxış yolunu Azərbaycan prezidentinin övladının hərbi xidmətə yola salınmasını hədəfə almaqda görür. Başqa seçimi də yoxdur. Çünki bir neçə ay öncə Nikolun oğlunu işğal altında olan Azərbaycan ərazilərində “xidmət etməyə” yola salmasının alt qatında olan məqamlar artıq üzə çıxıb və bəlli olub ki, Paşinyan oğlunu Dağlıq Qarabağa klanın təmsilçilərini sakitləşdirmək üçün siyasi girov kimi göndərib.

Görünür, Paşinyan vaxtilə ayrı-ayrı beynəlxalq təşkilatların maliyyə dəstəyilə həyata keçirdiyi layihələrdən qalma vərdişləri oğlunun hərbi xidmətə yola salınmasında da istifadə etməkdən, bu vətəndaşlıq vəzifəsini ucuz siyasi təbliğat elementinə, siyasi layihəyə çevirməkdən çəkinməyib.

Azərbaycan prezidentinin oğlu Heydər Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində xidmət keçəcək. Bunun xüsusi bir məna daşıdığını dərk etmək üçün, düşünürəm ki, çox da böyük intellekt sahibi olmaq lazım deyil.

Əslində, Ermənistan Milli Təhlükəsizlik Xidməti rəhbərinin telefon danışığının ictimailəşdirilməsindən sonra dövlət təhlükəsizliyinin nə qədər mühüm əhəmiyyət daşıdığını hətta Paşinyan da yaxşı anlamalı idi. Amma görünür, anlamır, ya da özünü şoumenliyə qoyub.

Paşinyan Ermənistanın rəhbəri olaraq Azərbaycanda baş verən istənilən hadisəni birbaşa, şəxsən özü ölkənin gündəminə daşıyır.

Paşinyan özünü Ermənistanın baş naziri kimi yox, Azərbaycan üzrə ekspert kimi aparır. Həm də bunu o qədər bayağı və bəsit formada edir ki, hətta ekspert kimi də bir işə yaramadığını ortaya qoyur”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Millət vəkili Sahib Alıyev isə hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidentinin oğlunun hərbi xidmətə başlaması ilə bağlı verdiyi açıqlama onun nə qədər populist, məsuliyyətsiz və tutduğu posta uyğun gəlməyən biri olduğunu növbəti dəfə ortaya qoyur.

“İnanmıram ki, klassik bir deyimdə bildirildiyi kimi, inqilabın hakimiyyətləndirdiyi bu hay “tülüngü”sü Heydər İlham oğlu Əliyevin xüsusi təyinatlı hissədə xidmət keçməsinin nə anlam daşıdığını dərk etməsin. Çünki 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, o zaman düşməni səngərindəcə məhv edən bizim xüsusi təyinatlılar idi.

O xüsusi təyinatlılar ki, Nikol Paşinyanın oğlunun onun lovğalanıb dediyi kimi, ön xətdə deyil, cəbhədən 50 km uzaqlıqda “xidmət” keçdiyindən yaxşı xəbərdardırlar”, - deyə millət vəkili qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar