Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Azərbaycanda seysmoloji stansiyalar quraşdırır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), ABŞ Enerji Departamenti və Ukrayna Elmi Texnologiya Mərkəzinin birgə layihəsi olan “Qafqaz Kəsilişi” çərçivəsində işlər davam etdirilir

Mərkəzin informasiya şöbəsindən verilən məlumata görə, Bakıya səfər edən amerikalı seysmoloqlar – Missuri Universitetinin professoru Erik Sandvol, əməkdaşı Qunnels Maykl Ceyms, eləcə də AMEA nəzdində RSXM-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, episentral şöbəsinin əməkdaşları Nicat Əsgərov, Asif Süleymanov və zəlzələlərin tədqiqatı şöbəsinin əməkdaşı Vüqar Fərəcovun iştirakı ilə İsmayıllı rayonunda altı stansiya, Göyçay rayonunda bir stansiya və Quba rayonunda altı stansiya “Qafqaz kəsilişi” boyunca yerləşdirilib.

Xatırladaq ki, layihə iştirakçıları tərəfindən əvvəllər Hacıqabul, Neftçala, GöyçayQusar rayonlarında dörd stansiya quraşdırılıb. Layihənin 2020-ci ilə qədər davam etməsi nəzərdə tutulsa da, aparılan tədqiqatlar zamanı elmi baxımdan yüksək və keyfiyyətli məlumatların əldə olunmadığına görə ABŞ və Ukrayna tərəfi layihənin müddətinin uzadılmasına dair RSXM qarşısında təşəbbüslə çıxış ediblər.

Hazırda layihə çərçivəsində elmi tədqiqat işləri aparılır.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar