İspaniyanın paytaxtı Madrid şəhərində metroda noutbukun qəfil partlaması nəticəsində altı nəfər xəsarət alıb
Virtualaz.org “El Mundo” qəzetinə istinadən xəbər verir ki, noutbuk sərnişin qadınlardan birinin çantasında olub. Partlayış nəticəsində yaxınlıqda durmuş insanlar yaralanıb.
Partlayışdan dərhal sonra vaqonda sərnişinlər təşvişə düşüb, bəziləri terror aktının baş verdiyini düşünüblər.
pia.az